Layihə Meneceri (IT İnfrastruktur üzrə)

İyul 17, 2025
Müraciət sonu: Avqust 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Ultra Technologies

Vəzifə öhdəlikləri

IT infrastruktur layihələrinin tam dövrünün idarə edilməsi: planlaşdırmadan tətbiqə və istismara verilməyə qədər.
Podratçılar və daxili (infrastruktur mühəndisi, şəbəkə mühəndisləri, təhlükəsizlik və s.) habelə müştəri tərəfindən komandaları ilə işinin koordinasiyası.
Vaxt kontrolu, büdcə, keyfiyyət və müştəri tələblərinə uyğunluğun nəzarəti.
Texniki-iqtisadi əsaslandırmalar (TİƏ), yol xəritələri, hesabatların hazırlanması.
Maraq sahibləri ilə əlaqə (top-menecment, müştərilər, tənzimləyici orqanlar).
ITSM proseslərinin (ITIL 4) və idarəetmə sistemlərinin (ServiceNow, Jira SM, Bitrix24) istifadə bacarıqları.
Tələb olunan bilik, bacarıqlar və təcrübə:

Məsuliyyətli və nəticəyönümlü olmaq,yüksək ünsiyyət bacarıqları,analitik düşüncə tərzi
IT infrastruktur layihələrinin idarə edilməsində 3+ il təcrübə (Məlumat (Data) Mərkəzləri, şəbəkələr, kibertəhlükəsizlik).
İT xidmətləri haqqında anlayışın olması;
ITIL 4 bilikləri (ən azı Foundation, daha yüksək səviyyə üstünlükdür).
COBIT anlayışı (audit və uyğunluqla bağlı layihələr üçün).
Layihə idarəetmə metodologiyaları ilə işləmək bacarığı (Waterfall, hibrid modellər).
MS Project, Jira, Confluence, Gantt diaqramları ilə işləmək bacarığı.
Şəbəkə (TCP/IP, VPN, SD-WAN), server texnologiyaları (Server/Storage/Backup), təhlükəsizlik (NIST, ISO 27001) sahəsində texniki savad.
İş şərtləri

İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək
İş yeri: Səməd Vurğun 79B,Ultra Technologies
Müraciət qaydası:

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.