Layihə-smeta sənədləri üzrə mühəndis

İyun 10, 2025
Müraciət sonu: İyul 9, 2025
İndi Müraciət Et

İş Təsviri

Bakinity Distribution MMC

Vəzifə öhdəlikləri:

Layihə sənədlərinin daxili standartlara uyğun şəkildə formatlaşdırılması və tərtib olunması;
Layihə sənədləri üçün metodik və normativ sənədlərin, o cümlədən şablonların, formaların və digər yardımçı materialların hazırlanması;
İşçi heyəti tərəfindən təqdim olunmuş məlumatlar əsasında texniki təlimatların, istifadəçi rəhbərliklərinin, proses təsvirlərinin və digər sənədlərin hazırlanması, yoxlanılması və redaktəsi;
Sənədlərin aktuallığının, tamlığının və strukturlaşdırılmış şəkildə saxlanmasının təmin edilməsi;
Layihə dəyişikliklərinin sənədlərdə düzgün əks olunması və bu dəyişikliklərin komandalar arasında koordinasiyasının aparılması;
Texniki sənədlərin (məsələn, sistem arxitekturası, API spesifikasiyaları, təhlükəsizlik sənədləri və s.) hazırlanmasında iştirak;
Sənədlərin idarə olunması sistemləri (məsələn, Confluence, SharePoint və ya oxşar platformalar) vasitəsilə təşkil olunması və arxivləşdirilməsi;
Komanda üzvlərinə sənədləşmə alətləri və standartları üzrə məsləhətlərin verilməsi, daxili təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi;
Sənədlərin keyfiyyətinə nəzarət məqsədilə mütəmadi auditlərin aparılması və təkmilləşdirmə təkliflərinin verilməsi;
Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:

Ali təhsil (İT infrastrukturu, telekommunikasiya, sistem mühəndisliyi və ya oxşar texniki sahədə ali təhsil);
İT şəbəkələrinin, enerji təchizatı və ya avtomatlaşdırma sistemlərinin layihələndirilməsi və istismarı sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan və rus dillərində sərbəst danışıq və yazmaq bacarığı;
İngilis dilində texniki sənədləri oxuma bacarığı;
Autocad və MS Visio proqramlarında peşəkar səviyyədə işləmə bacarığı;
2D/3D vizuallaşdırma proqramlarında işləmə bacarığı (məsələn, SketchUp, Revit, 3ds Max – üstünlükdür);
MS Office proqramları ilə sərbəst işləmə bacarığı;
Texniki sənədlərin hazırlanması və sistemli sənədləşmə üzrə təcrübə;
Dəqiqlik, detallara diqqət və strukturlaşdırılmış düşüncə tərzi;
Komanda ilə işləmək və müxtəlif şöbələr arasında effektiv kommunikasiya qurmaq bacarığı;
Layihələrin idarə olunması sistemləri (məsələn, Jira, Confluence və s.) ilə işləmə təcrübəsi – üstünlükdür;
Stressə davamlılıq və bir neçə tapşırıq arasında prioritetləşdirmə bacarığı.
Əlavə məlumat:

İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
Vakansiya növü: Tam ştat
İş yeri: “Bakinity Distribution” MMC
Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:

Push 30-dan endirim ilə yararlanmaq imkanı;
Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
İT sahəsində peşəkar inkişaf imkanı və s.