Layihə üzrə Əməliyyat meneceri

İyun 9, 2025
AZN1500 - AZN2000
Müraciət sonu: İyul 8, 2025
İndi Müraciət Et

İş Təsviri

AROUND GROUP

Tələblər:

Yaş: 25-45
Sahə komandalarının idarə edilməsi üzrə minimum 2 il təcrübə (30+ nəfərlik komanda);
5 və daha çox supervayzerə birbaşa rəhbərlik təcrübəsi;
Tapşırıqların düzgün bölüşdürülməsi, icra nəzarəti və prioritetləşdirmə bacarığı;
Excel (formulalar, pivot cədvəllər), 1C bilikləri;
Yeni sistem və alətləri tez öyrənmək bacarığı (texniki savadlılıq);
Komandanı formalaşdırmaq, inkişaf etdirmək və motivasiya etmək bacarığı;
GT/KA/SIS kanalları ilə iş təcrübəsi üstünlük sayılır;
CRM və sənəd dövriyyəsi sistemləri ilə iş təcrübəsi – mütləqdir;
Sahə nəzarətini həyata keçirmək hazırlığı.
Şəxsi keyfiyyətlər:

Struktur düşüncə və detallara diqqət;
Liderlik və komanda idarəetmə bacarığı;
Yüksək şəxsi məsuliyyət və təşəbbüskarlıq;
Stresə davamlılıq və intizam;
Effektiv ünsiyyət – həm müştəri, həm də komanda ilə.
Vəzifə öhdəlikləri:

Yeni layihə üzrə satış kanalının sıfırdan qurulması və idarə edilməsi;
Supervayzer və promouter komandasının formalaşdırılması, təlimi, motivasiyası və nəzarəti;
Tapşırıqların bölüşdürülməsi və icrasına nəzarət, hesabatların və sənəd dövriyyəsinin təşkili;
Satış nöqtələrində yerində yoxlamaların (auditlərin) həyata keçirilməsi;
TMT-lərlə (mallar və materiallarla) iş – uçot, təhvil-təslim, nəzarət;
Müştəri qarşısında layihə üzrə təqdimat və fəaliyyət planlarının hazırlanması;
Komanda göstəricilərinin analizi, Excel/1C/PBI üzrə işləmək və nəticələrə nəzarət;
Supervayzerlərin inkişafı və idarəetmə mədəniyyətinin artırılması (mentorluq).
Biz təklif edirik:

Peşəkar komanda və rəhbərlik dəstəyi
Əmək haqqı: 1500-2000 AZN
İş şəraiti: 5 günlük iş qrafiki: 09:00-18:00 qədər.​
Əgər siz böyük komandalarını idarə etməkdə təcrübəli və nəticəyə tam məsuliyyətlə yanaşan bir menecersinizsə — sizinlə tanış olmaqdan məmnun olarıq!
CV-lərinizi “Əməliyyat Meneceri” qeyd ederək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.​