İş Təsviri
Dinçer&Carçıoğlu BM
Vəzifələri (İş öhdəlikləri):
Mebel layihələrinin başlanğıcından sona qədər planlaşdırılması və həyata keçirilməsi;
Layihə qrafiklərinin hazırlanması və icra olunmasına nəzarət;
Dizayner, istehsalat və satış komandaları ilə koordinasiya;
Resursların düzgün bölüşdürülməsi və əməkdaşların yönləndirilməsi;
Müştəri tələblərinin toplanması və layihəyə uyğun şəkildə icrasına nəzarət;
Müştəri ilə dövri görüşlər və geribildirimlərin toplanması;
Mebel dizaynlarının və istehsalat sənədlərinin yoxlanması;
Material seçimi, keyfiyyət standartlarına uyğunluq və ölçülərin dəqiqliyinə nəzarət;
Layihənin maliyyə planının hazırlanması və büdcə çərçivəsində qalmasına nəzarət;
Təchizatçılarla qiymət razılaşmaları və sifarişlərin idarəsi;
Layihənin gedişatında yarana biləcək riskləri təyin etmək və önləyici tədbirlər görmək;
Rəhbərliyə mütəmadi hesabatların təqdim olunması;
Layihə sənədlərinin arxivləşdirilməsi və sistemli şəkildə saxlanılması;
Mebel layihələrinin vaxtında və keyfiyyətli şəkildə başa çatmasını təmin etmək;
Komandalararası effektiv əməkdaşlıq və kommunikasiya yaratmaq;
Büdcə, material və işçi resurslarının optimal istifadəsini təşkil etmək;
Müştəri məmnuniyyətini təmin etmək və layihə sonrası dəstəyi təşkil etmək;
İstehsalat prosesində texniki standartlara və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.
Tələblər:
Təhsil: Ali təhsil (memarlıq, dizayn, mühəndislik və ya menecment sahəsində üstünlükdür);
Mebel və ya interyer sahəsində layihə idarəçiliyi üzrə 1+ il iş təcrübəsi;
Bilik və bacarıqlar: AutoCAD, SketchUp, 3ds Max, Revit və s. dizayn proqramlarında anlayış (ən azından oxuma bacarığı);
MS Project və ya digər layihə idarəetmə proqramlarında biliklər;
Planlaşdırma, koordinasiya və problem həll etmə bacarığı;
Texniki çertyojları və spesifikasiyaları anlama bacarığı;
Dil bilikləri: Azərbaycan dili – əla səviyyədə, Rus və ya İngilis dili – texniki sənədləri anlayacaq səviyyədə arzuolunandır;
Şəxsi keyfiyyətlər:
Yüksək məsuliyyət hissi;
Stressə davamlılıq və çoxsaylı tapşırıqlarla işləmə bacarığı;
Komandada işləmək və liderlik etmək bacarığı.
İş barədə:
İş rejimi: Həftə içi 6 gün;
Nahar şirkət tərəfindən verilir;
Əmək haqqı:1800azn+bonus;
Ünvan: Keşlə qəs.Yeni Kənd, 2213-cü məhəllə, Babək pr. Nurgün motorsun arxası.