İş Təsviri
A+A Security
Bilməlidir:
Kargüzarlığın standartlarını
Sənədlərin rəsmiləşdirilməsi və hazırlanması
İşgüzar münasibətlərin qaydalarını
Malların çeşidini, təsnifatını, xarakteristikasını və təyinatını
Yaş həddi: 25- 40
Dil bilikləri: Rus dili mütləq, İngilis dili arzuolunandır
MS Excel, MS Word proqramlarından istifadə
Vəzifə öhdəlikləri:
Karğuzarlıq işlərinin aparılması;
Avadanlıq üçün sifarişlərin qəbul edilməsi, sifarişlərin yerləşdirilməsi və düzəliş edilməsi;
Daşınmanın optimallaşdırılması;
Anbara qəbul edilmiş və buraxılmış malların logistikasının idarə edilməsi;
Müqavilələrin, hesab fakturaların, qaimə fakturaların, yerinə yetirilmiş işlər üzrə aktların, gömrük proseduru üçün sənədlərinin hazırlanması;
Layihələr üzrə göndərilmiş hesab-fakturalarının pul vəsaitlərinin yığılmasının nəzarət edilməsi;
İstehsalçının balansında olan pul vəsaitlərinin hesabatının aparılması;
İstehsalçı tərəfindən tələb edilən hesabatların hazırlanması (CRM Pipeline Monthly Output);
Qüsurlu avadanlığın dəyişdirilməsi və istehlakçı tərəfindən zəmanətli təmirinin təmin edilməsi ilə bağlı sualların həll edilməsi;
Görüşlərin təşkil edilməsi;
Bazarın tələblərinə uyğun yeni məhsulların və həllərin öyrənilməsi;
Yeni məhsullar barədə məlumatlı olunması;
İş şərtləri:
Həftə içi: 09:00 – 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
İstirahət günləri – şənbə və bazar günləri
Əmək haqqı – 800-900 AZN
YALNIZ UYĞUN NAMİZƏDLƏR CV-lərini “Layihələr üzrə mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına yönləndirə bilərlər.