İş Təsviri
ROOF Academic Training
Vəzifə Öhdəlikləri
Gələn zənglərə və mesajlara vaxtında və düzgün cavab vermək
Tədris qruplarını formalaşdırmaq və tədris prosesini təşkil etmək
İmtahan tarixlərini planlaşdırıb nəticələri tələbələrə bildirmək
Dərs cədvəllərini və tədris otaqlarını səmərəli şəkildə planlamaq
Tədris müqavilələrini hazırlamaq və tələbələrə təqdim etmək
Növbəti səviyyəyə keçən tələbələrin məlumatlarını sistemə daxil etmək
Sertifikatların hazırlanmasını və çap olunub tələbələrə təqdim edilməsini təşkil etmək
Müxtəlif şöbələrlə koordinasiyalı işləmək
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək
Tələblər
Ali təhsil
İnzibatçılıq və ya oxşar sahədə minimum 1 illik iş təcrübəsi
MS Office üzərində bacarıq
Aydın və səlis yazılı və şifahi ünsiyyət bacarığı
Təşkilatçılıq, vaxt idarəetməsi, çoxlu işi effektiv şəkildə həyata keçirmə qabiliyyəti
İngilis dili ən az A2 səviyyə,azərbaycan dilini yüksək səviyyədə bilmək
İş Şərtləri
Əmək haqqı: Namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə əsasında müəyyən edilməkdədir
İş qrafiki: Tam-ştat, həftədə 6 gün (şənbə – qısa iş günü).
Maraqlanan namizədlərdən Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciətlərini tamamlamaqları xahiş olunur. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.