Logistika müdiri

Müraciət sonu: Avqust 8, 2025
İndi Müraciət Et

İş Təsviri

Ayan MMC

Ayan MMC şirkəti “Logistika müdiri” üzrə CV-lərin qəbulunu elan edir.

Vəzifə öhdəlikləri:

Şirkətin mənafeyini nəzərə alaraq strateji və əməliyyat planlarının hazırlanmasını təşkil edir
Nəqliyyat, yükdaşıma, anbar və digər xidmət əməliyyatlarını idarə edir
Müvafiq yüklərin daşınması üçün ən optimal nəqliyyat vasitələrini seçmək üçün təşkilatın maddi-texniki bazasını (nəqliyyat vasitələrinin sayı, növləri və vəziyyəti, yükləmə-boşaltma avadanlığı) təhlil edir
Nəqliyyat vasitələrinin hərəkət heyətinin texniki və istismar göstəricilərinin hesablanmasını, tariflərin və ödənişlərin hesablanmasını təşkil edir
Risk idarəetməsini həyata keçirir: nəqliyyat vasitələrinin, yüklərin, məsuliyyətin sığortalanmasını təmin edir, daşınma zamanı malların təhlükəsizliyini təmin etmək üçün tədbirlərin təşkili və həyata keçirilməsi
Logistik sisteminin səmərəliliyini qiymətləndirmək üçün meyarları müəyyənləşdirir, logistika sisteminin səmərəliliyini qiymətləndirir və logistika əməliyyatlarına nəzarət edir, logistika sisteminin təkmilləşdirilməsi üçün təkliflər hazırlayır
Yeni logistika texnologiyalarının layihələndirilməsinin və xərclərinin hesablanmasını təşkil edir, büdcə hazırlayır, müasir logistika konsepsiyalarının və logistika xərclərinin azaldılması prinsiplərinin tətbiqini təmin edir
Büdcə idarəetməsi və logistika xərclərinin optimallaşdırılmasını, logistika prosesləri ilə əlaqəli maliyyə axınlarının koordinasiyasını və istiqamətini müəyyənləşdirilməsini həyata keçirir
Anbar logistikası üçün metodoloji və tənzimləyici materialların hazırlanması və tətbiqini həyata keçirir, funksiyaların və əməliyyatlarının təyin edilməsinə, hazırlanmış metodiki və tənzimləyici materialların tədbiqinə nəzarət edir
Rəhbərlik tərəfindən aidiyyatı şöbə ilə bağlı verilən digər işləri yerinə yetirir
Namizədə dair tələblər:

Ali təhsil
Göstərilən vəzifə üzrə minimum 3 illik iş təcrübəsi
Yaş həddi: 35-50
Analitik düşüncə
Komandada işləmə bacarığı
Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
MS Office ( Word, Excel ) bilikləri
Əlavə məlumatlar:

İş qrafiki 08:00-dan 18:00-dək
6 günlük iş rejimi
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “Logistika müdiri” qeyd olunmaqla, göndərə bilərlər.

Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.