Logistika, təchizat və satınalma üzrə mütəxəssis

May 27, 2025
AZN1000 - AZN1500
Müraciət sonu: İyun 26, 2025
İndi Müraciət Et

İş Təsviri

Papa John’s Azərbaycan

Tələblər:

Logistika və satınalma sahəsində 2 il iş təcrübəsi;
Gömrük qanunvericiliyindən anlayışlı olmaq;
Azərbaycan, Rus dilində sərbəst danışıq, İngilis dili arzu olunandı;
Ali təhsil mütləqdir;
Güclü ünsiyyət (həm şifahi, həm də yazılı), problem həll etmə və qərar vermək bacarığı;
MS Office; (Word, Excel, PowerPoint, Outlook, 1С və s.);
Öhdəliklər:

Malların Gömrükdə rəsmiləşdirilməsi və müvafiq sənədlərin toplamaq;
Malların, işlərin və xidmətlərin səmərəli, münasib qiymətə və şəffaf qaydada alışının təmin edilməsini həyata keçirmək;
Gündəlik satınalma fəaliyyəti ilə əlaqədar olaraq işlərin idarə edilməsi, istək, tələb və sorğuları aydınlaşdırmaq məqsədilə müştərilərlə daim ünsiyyətdə qalma və məsləhətləşmələrin həyata keçirmək;
Elektron maillər vasitəsilə şirkət siyasətinə uyğun qaydada yazışmalar aparmaq və müqavilələrin bağlamaq;
Ölkə daxili və ölkə xarici göndərişlərinin rəsmiləşdirilməsində iştirak etmək və dəstək funksiyasını yerinə yetirmək;
Məsul şəxslərə gələn yüklər ilə bağlı məlumatları vaxtında çatdırmaq;
Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək;
Potensial tədərükçilərin aylıq və illik planlara əsasən bazar araşdırılmaları aparmaq;
Yük göndərən şirkətdən alınmış sənədləri və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünü yoxlamaq;
Yük daşımaların sifarişi, koordinasiyası və lazımı sənədlərin toplamaq.
Sertifikatların alınması:

AQTA – icazələrin alınması üçün onlayn müraciət
İş Şərtləri:

5 günlük iş günü
İş saatı: 10:00-19:00
Rabitə xərclərinin şirkət tərəfindən ödənilir
İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir
Əmək haqqı 1000-1500 azn