Logistika üzrə Mütəxəssis

Müraciət sonu: İyul 1, 2025
İndi Müraciət Et

İş Təsviri

CİTRİNA LOGİSTİCS MMC

Vəzifənin Məqsədi:

Şirkətin logistika əməliyyatlarının səmərəli, vaxtında və iqtisadi cəhətdən səmərəli şəkildə həyata keçirilməsini təmin etmək və təchizat zəncirini effektiv idarə etmək.
Əsas Vəzifə və Məsuliyyətlər:

Yükdaşımanın təşkili və əlaqələndirilməsi (xüsusilə avtomobil yolu ilə – ölkədaxili və beynəlxalq).
Daşınma və logistika şirkətləri ilə əməkdaşlığın qurulması və danışıqların aparılması.
Təchizatçılarla daimi əlaqədə olmaq və portfeli genişləndirmək.
Yükləmə və göndərmə sənədlərinin tam və düzgün hazırlanmasına nəzarət etmək.
Gömrük prosedurlarının izlənməsi və aidiyyəti sənədlərin hazırlanması.
Logistika xərclərinin təhlili və optimallaşdırılması.
Sifarişlərin izlənməsi və vaxtında çatdırılmasının təmin edilməsi.
Gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
İdxal/ixrac əməliyyatlarının təşkili və izlənməsi.
Tələb Olunan Bilik, Bacarıq və Keyfiyyətlər:

Rus və İngilis dillərini yazılı və şifahi şəkildə yüksək səviyyədə bilmək.
Logistika sahəsində ən azı 4 illik iş təcrübəsinə malik olmaq.
Geniş təchizatçı portfelinə və bazar biliklərinə sahib olmaq.
MS Office proqramlarından səmərəli istifadə edə bilmək.
Güclü ünsiyyət, danışıqlar aparmaq və komanda ilə işləmək bacarıqları.
Stres altında işləmək və problem həll etmə qabiliyyəti.
Diqqətli və məsuliyyətli olmaq.
İş Şərtləri:

İş günləri: Həftədə 5 gün, saat 09:00-18:00, nahar fasiləsi 1 saat
Maaş: Müsahibə nəticəsində müəyyən olunacaq
İş yeri: Çinar Park, Əhməd Rəcəbli küç.