İş Təsviri
Azerbaijan Airlines
Təsvir
Müştərilərdən daxil olan bütün növ sorğuların cavablandırılması və icrasının təmin edilməsi;
Biznesin inkişafı şöbəsi ilə birlikdə araşdırma ssenarilərinin hazırlanması və texniki-biznes tələblərə uyğunluğunun təmin edilməsi;
Zəng mərkəzi və sosial media marketing üzərindən loyallıq proqramı xidmətlərinin keyfiyyətinə nəzarət;
“Azal Miles” proqramı üzrə sərnişinlərə telefon və e-mail vasitəsilə ətraflı məlumatın çatdırılması;
Əməkdaş aviaşirkətlərlə səyahət edən müştərilərin AZAL uçuşlarına cəlb olunması üçün təşviqat;
Balların vaxtında və düzgün əlavə olunmasının təmin edilməsi;
Banklar və digər tərəfdaşlarla olan müqavilələrə əsasən balların hesablanması və mühasibatlığa təqdim edilməsi;
Amadeus sistemində “Azal Miles” proqramı iştirakçılarının uçuşlarının yoxlanılması;
Proqramın inkişafı üçün yeni tərəfdaşlıqların qurulması və təkliflərin hazırlanaraq rəhbərliyə təqdim olunması.
Tələblər
Təhsil: Bakalavr, Magistr (üstünlükdür);
Müştəri təcrübələri üzrə sertifikatlar üstünlükdür;
İş təcrübəsi: minimum 3 il;
Dil bilikləri: Azərbaycan dili – Əla, Rus dili – əla, İngilis dili – orta;
Proqram bilikləri: Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – əla səviyyədə);
Amadeus sistemində işləmə bacarığı;
Yazılı və şifahi ünsiyyət bacarığı;
Danışıqlar aparmaq və təqdimat etmək bacarığı;
Qərarvermə və problem həll etmə bacarığı;
Öyrənmə və dəyişikliklərə uyğunlaşma qabiliyyəti;
Komandada işləmək bacarığı.
İş şəraiti:
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat