Loyallıq İdarəsi/ Satış və əməkdaşlıq şöbəsi/Hesabların idarə olunması üzrə aparıcı mütəxəssis

Müraciət sonu: Avqust 9, 2025
İndi Müraciət Et

İş Təsviri

Azerbaijan Airlines

Təsvir

Yerli və beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulması və yeni tərəfdaşların cəlb edilməsi;
Mövcud tərəfdaş hesablarının idarə edilməsi və analitik nəzarətin həyata keçirilməsi;
Tərəfdaşlarla inteqrasiya proseslərinin idarə olunması və aidiyyəti strukturlarla koordinasiyanın təmin edilməsi;
Tərəfdaşlarla müqavilələrin bağlanması prosesinin aparılması və mövcud müqavilələrin inkişaf etdirilməsi;
Tərəfdaşlar (partnyorlar) üzrə hədəflərin müəyyən edilməsi və izlənməsi;
“AZAL Miles” proqramı çərçivəsində tərəfdaşlarla birgə yeni imtiyazların və kampaniyaların hazırlanması və təşkili;
Tərəfdaşların təşviqi ilə bağlı aidiyyəti strukturlarla işləmək.
Tələblər

Ali təhsil (Bakalavr dərəcəsi);
Satış, partnyorlarla iş və ya müvafiq sahədə minimum 3 il;
Azərbaycan dili (C2 – Sərbəst), İngilis dili (B1 – Orta), Rus dili (C2 – Sərbəst);
MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook) – Əla səviyyədə;
Yüksək səviyyədə ünsiyyət (yazılı və şifahi) və danışıqlar aparma bacarığı, qərar vermə, problem həll etmə, komandada işləmə və təqdimat bacarıqları;
Satış üzrə əlavə sertifikatların olması.
İş şəraiti:

İş qrafiki: 5 günlük (09:00-18:00);
İş yeri: Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu;
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.