Məlumatların idarəedilməsi üzrə aparıcı mütəxəssis (Data Governance)

İyul 18, 2025
Müraciət sonu: Avqust 17, 2025
İndi Müraciət Et

İş Təsviri

MPAY QSC

Vəzifə öhdəlikləri:

Şirkətdə Data Governance strategiyasının sıfırdan hazırlanması və tətbiqi;
Data idarəetmə siyasəti, standartları və prosedurlarının yaradılması və dəstəklənməsi;
Data idarəetməsində rolların və məsuliyyətlərin müəyyənləşdirilməsi;
Məlumat keyfiyyətinin təmin olunması və metadataların idarə edilməsi;
Azərbaycan qanunvericiliyinə və fintex tənzimləmələrinə uyğunluğun təmin olunması;
İT, hüquq şöbəsi, biznes bölmələri və digər maraqlı tərəflərlə əməkdaşlıq;
İşçilərin Data Governance üzrə təlimatlandırılması;
Data idarəetmə alətlərinin seçimi və tətbiqində iştirak.
Tələblər:

İT, maliyyə, hüquq və ya əlaqəli sahələrdə ali təhsil;
Data Governance sahəsində ən azı 3 il iş təcrübəsi, sıfırdan proseslərin yaradılması təcrübəsi mütləqdir;
Azərbaycan qanunvericiliyini, o cümlədən şəxsi məlumatların qorunması sahəsində bilik;
Fintex və ya maliyyə sahəsində iş təcrübəsi üstünlükdür;
Data İdarəetmə prinsipləri (DAMA DMBOK, DCAM və ya oxşar metodologiyalar) üzrə dərin bilik;
Korporativ məlumatların strukturunu və axınlarını başa düşmək (əsas məlumatlar, əməliyyat məlumatları, istinad məlumatları);
Məlumatların idarə edilməsi alətləri üzrə biliklər: Collibra, Informatica, Talend, Alation və s. – artı;
Fərdi məlumatların emalı, saxlanması və mühafizəsi ilə bağlı Azərbaycan qanunvericiliyi, habelə uyğunluq tələbləri (o cümlədən AML/KYC, Azərbaycan Mərkəzi Bankı və beynəlxalq standartlar) üzrə biliklər;
İş şəraiti:

Ofis daxili;
İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
Əmək haqqının 15 gündən bir ödənilməsi;
Tibbi sığorta təminatının verilməsi;
Nahar yeməyinin təmin olunması;
“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, Müraciət et düyməsində qeyd olunan linkə daxil olub, CV-nizi yönləndirəsiniz.