İş Təsviri
Smart Audit
“SMART AUDİT” MMC “Maliyyə Departamentinin kiçik Mütəxəssisi” vakansiyası üzrə işçi axtarır
Vəzifə təlimatları:
İnternet banking və ƏDV depozit hesabı ilə ödənişlərin edilməsi;
Müqavilə və onlara əlavələrin, hesab-fakturaların hazırlanması, təhvil-təslim aktlarının hazırlanması;
Müştərilərin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının hazırlanması, mənfəət və ya zərər haqqında hesabatın hazırlanması, debitor və kreditorları barədə mütəmadi məlumatların verilməsi;
Şirkətlərin mühasibat uçotu məlumatlarının 1C proqramında işlənilməsi;
Elektron qaimələrin təqdim edilməsi;
E-taxes.gov.az və new.e-taxes.gov.az saytında elektron poçt qutusunun mütəmadi olaraq yoxlanılması.
Vəzifə ilə bağlı tələblər:
Ali təhsil ( Mühasibat uçotu və audit, maliyyə və ya digər iqtisadiyyat sahəsində təhsil);
Müvafiq sahə üzrə bir il iş təcrübəsi;
ACCA F3 sertifikatının olması zəruridir;
Vergi Məcəlləsi üzrə orta səviyyədə biliklər;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı(əsasən excel);
Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Komandada işləmək bacarığı;
Peşəkar inkişafa meyllilik;
Riyazi biliklər və analitik düşüncə qabiliyyəti;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və rus dillərini bilmək üstünlükdür).
İş şəraiti
İş yeri: Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;
İş günləri – həftədə 5 gün, 09:00-dan 18:00-dək.
Əmək haqqı: 500-700 AZN
Qeyd edilən ixtisas sahələri üzrə ali təhsilini yeni bitirmiş, iş təcrübəsi olmayan Namizədlər də müraciət edə bilər.