Maliyyə departamentinin Maliyyə təhlili və hesabatlılıq şöbəsinə böyük məsləhətçi / baş məsləhətçi

İyul 1, 2025
Müraciət sonu: İyul 31, 2025
İndi Müraciət Et

İş Təsviri

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Maliyyə departamentinin Maliyyə təhlili və hesabatlılıq şöbəsinə böyük məsləhətçi / baş məsləhətçi vəzifələri üzrə vakansiyalar elan edir.

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Ali təhsil (maliyyə-mühasibatlıq və ya iqtisadi ixtisaslar üzrə)
Sahə üzrə 4 il iş təcrübəsi
MS Office və Power BI proqramlarında yaxşı işləmək bacarığı
ACCA FA, FR və PMS arzuolunandır
DipİFR arzu olunandır
Dil bilikləri: İngilis dili – yaxşı səviyyədə
Bacarıqlara dair tələblər:

Komanda işi
Hesablama və riyazi bacarıqlar
Nəticəyönümlülük
Analitik düşüncə
Məsuliyyətlilik
​​​​​​​İşin təsviri

Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsi;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarət edilməsi;
Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılması;
Faktiki xərclərin büdcə ilə müqayisəsi, aradakı fərqlərin təhlili və araşdırılması;
Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlil edilməsi;
Daxili və xarici auditlə işin təşkil edilməsi;
İnzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi;
Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsi;
Daxili hesabat sisteminin inkişafına töhfə verilməsi və prosesin davamlı olaraq təkmilləşdirilməsi;
Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi.
Əlavə qeydlər:

İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir
Mövzu sətrində “Maliyyə təhlili və hesabatlılıq şöbəsi – böyük məsləhətçi / baş məsləhətçi” qeyd olunmalıdır​​​​​​​
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.