Maliyyə İdarəsinin Strateji Planlama şöbəsinin mütəxəssisi/baş mütəxəssisi

İyul 11, 2025
Müraciət sonu: Avqust 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Xalq Bank

Təsvir

Bazar xüsusiyyətlərini və trendləri (bazar seqmentləri, artım templəri, inkişaf istiqamətləri, rəqabət üstünlüyü və s.) təhlil etmək, bankın strateji inkişaf istiqamətini və tövsiyyələrini formalaşdırmaq,
Bankın strategiyasından irəli gələn strateji təşəbbüsləri müəyyən etmək, strateji planı hazırlamaq və rəhbərliyə təqdim etmək,
Bankda Strateji təşəbbüslərinin icra səmərəliliyinin artırılması və icra zamanı müəyyən edilən maneələrin, çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər görmək,
Bankın strategiyasından irəli gələn Strateji hədəfləri mütəmadi olaraq təhlil etmək, onların yenilənməsi ilə bağlı təkliflər hazırlamaq,
Strateji hədəfləri Bankın müvafiq strukturlarının əsas fəaliyyət göstəriciləri (“KPI”) ilə əlaqələndirmək və zəruri təhlillər aparmaq,
Strateji təşəbbüslərin icrasının monitorinqini və qiymətləndirilməsini aparmaq,
Şöbənin fəaliyyətinin nəticələri barədə müvafiq hesabatlar və təqdimatlar hazırlamaq.
Tələblər

Biznesin İdarə Edilməsi/İqtisadiyyat/Maliyyə üzrə magistr təhsili;
Strateji planlama sahəsində və ya Bankın əlaqəli struktur bölmələrində iş təcrübəsi;
Ofis proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə Power Point və MS Excel);
İdarəetmə, iqtisadi və maliyyə sahəsində bilik və bacarıqlar;
Xarici dil biliyi (xüsusilə İngilis dili) – orta səviyyədə;
Strateji və analitik düşünmə;
Komunikasiya və təqdimat bacarıqları;
Komanda ilə işləmək bacarığı.
Vakansiya haqqında

Vakansiya növü -Tam ştat
Təcrübə – 1-2 il
Təhsil – Magistr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.