Maliyyə institutları ilə iş üzrə təcrübəçi (İqtisadi və Maliyyə ixtisaslarında təhsil alanlar və məzunlar üçün)

İyun 18, 2025
Müraciət sonu: İyul 17, 2025
İndi Müraciət Et

İş Təsviri

MFX-Trading

Əsas vəzifə öhdəlikləri:

Müvafiq avtomatlaşdırılmış əməliyyat sistemlərində fəaliyyət nəticələrinin əks etdirilməsi və uyğunluğuna nəzarətdə iştirak;
Fəaliyyət sahəsi üzrə müvafiq normativ tələblərə uyğunluğun təmin edilməsi və nəzarətində iştirak;
Maliyyə sektorunun inkişaf məsələləri ilə bağlı beynəlxalq təşkilatlar və yerli qurumlardan daxil olan məktub və sorğuların cavablandırılmasında iştirak;
Müvafiq normativ metodoloji bazanın hazırlanmasında iştirak;
Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak.
Tələb olunan bilik və bacarıqlar:

Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi ixtisasları arzuolunandır);
DİM imtahanında yüksək keçid balı və yüksək akademik nəticələr üstünlükdür (bu tələb bütün namizədlər üçün keçərli olsa da, ixtisası uyğun gəlməyən namizədlər üçün xüsusi ilə vacibdir);
Təşəbbüskarlıq;
Analitik düşüncə tərzi;
Yaxşı səviyyədə ingilis dili biliyi (rus dili biliyi mütləq deyil arzuolunandır);
MS Office proqramları üzrə biliklər;
Rəqəmlərlə və sənədlərlə işləyən zaman dəqiqlik;
Verilən tapşırıqların icrasına sistemli yanaşma (tapşırıqları vaxtında və keyfiyyətli icra etmək və s.);
Müxtəlif düşüncə və dünyagörüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:

İş qrafiki: Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək.
İş yerinin ünvanı: Xətai Plaza.
Müraciət etmək üçün CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-poçt (e-mail) adresinə vakansiyanın adı qeyd olunmaqla göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.