Maliyyə rəhbəri (Direktor)

İyun 18, 2025
Müraciət sonu: İyul 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Nur Collection

İş yeri: Bakı şəhəri, Masazır dairəsi, Əliağa Vahid 1 küçəsi.

Əmək haqqı:Namizədlə keçirilən müsahibənin nəticələrinə uyğun olaraq müəyyən ediləcəkdir.

İş şəraiti

6 günlük iş həftəsi
Nahar fasiləsi: 13:00-14:00
Nahar müəssisə tərəfindən təmin edilir.
Ümumi Məlumat:

Maliyyə rəhbəri şirkətin maliyyə strategiyasının hazırlanmasına, icrasına və maliyyə dayanıqlığının təmin olunmasına cavabdehdir. Şirkətin maliyyə və vergi siyasətinin formalaşdırılması, maliyyə hesabatlarının düzgünlüyünün və şəffaflığının təmin edilməsi əsas vəzifələrdəndir.

Əsas Vəzifə Öhdəlikləri:

Şirkətin ümumi maliyyə strategiyasının hazırlanması və tətbiqi.
Büdcənin tərtib edilməsi və icrasına nəzarət.
Maliyyə axınlarının idarə olunması və pul vəsaitlərinin düzgün yönləndirilməsi.
İllik və rüblük maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Gəlir və xərclərin təhlili, qənaət imkanlarının müəyyən edilməsi.
Vergi və digər rəsmi hesabatların düzgün və vaxtında təqdim olunmasının təmin edilməsi.
Maliyyə risklərinin təhlili və risklərin idarə olunması tədbirlərinin görülməsi.
Banklarla və digər maliyyə qurumları ilə əməkdaşlığın təşkili.
Audit və yoxlama proseslərində iştirak və koordinasiya.
Tabeçiliyində olan əməkdaşların fəaliyyətinə rəhbərlik və nəzarət.
ERP və maliyyə proqram təminatlarının tətbiqinə nəzarət.
Tələblər:

Ali iqtisadi/maliyyə təhsili.
Minimum 3 il maliyyə rəhbərliyi üzrə iş təcrübəsi.
Maliyyə proqramlarını və ERP sistemlərini bilmə (məsələn, 1C, SAP, Oracle və s.).
Vergi və maliyyə qanunvericiliyini bilmək.
Komanda ilə işləmək bacarığı.
Maliyyə Rəhbərinin vacib Şəxsi Keyfiyyətləri

İşə planlı yanaşma, məsuliyyət hissi.
Analitik düşüncə, liderlik və qərarvermə bacarığı.
İnkişaf yönümlü və yeniliyə açıq.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Maliyyə rəhbəri” (Direktor) Mövzu bölməsində göstərin.

Qeyd: Yalnız vakansiyada qeyd olunmuş tələblərə tam cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Uyğun olmayan müraciətlərə geri dönüş təmin olunmaya bilər.