Maliyyə üzrə baş mütəxəssis

İyun 6, 2025
Müraciət sonu: İyul 4, 2025
İndi Müraciət Et

İş Təsviri

Army Group

İş barədə məlumat:

Maliyyə şöbəsində standartlara uyğun işlərin təşkil edilməsi, uçotu və işlərə rəhbərlik etmək;
Müəyyən olunmuş qaydalara müvafiq olaraq müəssisənin maliyyə fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını təmin etmək;
Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının uçotda düzgün əks etdirilməsi, maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi;
Gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Maliyyə əməliyyatlarının və hesabatların düzgünlüyünü təmin etmək, riskləri müəyyənləşdirmək və nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədilə sistematik şöbədə monitorinqi həyata keçirilmək;
Xərclərin təyinata uyğunluğunu izləmək;
Mənfəət və zərər hesabatının yığılması və təqdim edilməsi;
Gəlir və xərclərin (P&L) təhlil edilməsi, izlənməsi;
Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təqdim edilməsi;
Namizədə dair tələblər:

Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya iqtisadiyyat sahəsində);
Maliyyə nəzarəti və ya audit sahəsində ən azı 3 il iş təcrübəsi;
Yaş həddi: 25/40-dək;
Bəy namizədlərə üstünlük verilir;
ACCA, CIMA, CPA kimi beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür;
Microsoft Excel-də yüksək səviyyədə işləmək bacarığı;
1C proqramı ilə işləmə bacarığı mütləqdir;
Güclü analitik düşüncə, innovativlik,dəqiqlik;
İş şəraiti:

Əmək haqqı: 2000 AZN (müsahibə əsasında dəyişə bilər)
İş saatı: 09:00/18:00;
5 günlük iş həftəsi;
Nahar yeməyi şirkət tərəfindən təmin olunur;
İş yeri: Bakı-Şamaxı şosesi, Cənub küçəsi 252
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində vakansiyanın adını qeyd edərək öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər;