İş Təsviri
OBA marketlər şəbəkəsi
Təsvir
Şirkətin xərcləri və əməliyyat gəlirlərini faktiki göstəricilər əsasında analiz etmək, plan və hədəflərlə müqayisə edərək kənarlaşmaları müəyyənləşdirmək və səbəblərini təhlil etmək
Xərclərin təyinatına uyğunluğunu yoxlamaq, təxirəsalına biləcək və ya təkrarlanan xərcləri müəyyənləşdirmək, onların strategiyaya təsirini qiymətləndirmək
Maliyyə əməliyyatlarında nəzarət nöqtələri müəyyən edərək daxili nəzarət sistemlərinin qurulması və tətbiqinə dəstək vermək
Maliyyə pozuntularını, proses gecikmələrini və uyğunsuzluqları erkən mərhələdə aşkar etmək üçün monitorinq sistemlərini tətbiq etmək
Aylıq, rüblük və illik hesabatlar hazırlamaq, göstəriciləri vizual (qrafik/cədvəl) formada təqdim edərək rəhbərliyi məlumatlandırmaq
SAP, ERP və digər maliyyə sistemlərindən alınan məlumatların düzgünlüyünü yoxlamaq, məlumat keyfiyyətini artırmaq üçün avtomatlaşdırma imkanlarını təhlil etmək
Ödəniş axınları, əməliyyat dövriyyəsi və hesabat proseslərini optimallaşdırmaq üçün inkişaf yönümlü təkliflər irəli sürmək
Potensial maliyyə risklərini (kənarlaşmalar, əlavə xərclər, ləngimələr və s.) müəyyən etmək və onların qarşısını almaq üçün nəzarət planları hazırlamaq
Audit və digər nəzarət orqanları ilə əməkdaşlıq çərçivəsində məlumatların vaxtında və şəffaf təqdim edilməsinə nəzarət etmək
Digər şöbələrlə koordinasiyalı işləyərək məlumatların düzgünlüyünü təmin etmək və qarşılıqlı hesabat axınlarını sistemləşdirmək
Tələblər
Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya iqtisadiyyat sahəsində)
Maliyyə nəzarəti və ya audit sahəsində ən azı 4-5 il iş təcrübəsi
ACCA, CIMA, CPA kimi beynəlxalq maliyyə sertifikatlarının olması və ya davam etdirilməsi (üstünlükdür)
Power BI və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı üstünlükdür.
Microsoft Excel-də yüksək səviyyəli işləmək bacarığı (məlumatların təhlili, hesabatların hazırlanması və s.);
ERP və ya mühasibatlıq proqramları ilə işləmə bacarığı
Güclü analitik düşüncə və dəqiqlik
Komanda ilə işləmək və struktur daxilində effektiv kommunikasiya
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
İmtiyazlar
korporativ nömrə ilə təmin olunur
Nahar təminatı
Servis ximdəti