Marketing Manager

Müraciət sonu: İyul 22, 2025
İndi Müraciət Et

İş Təsviri

Business Insight International Research Group

Müştəri Loyallığı Departamentində “Marketing Manager” vəzifəsi üzrə aktiv vakansiya var.

Tələblərimiz:

Kişi və ya xanım namizədlər;
Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznes İdarəçiliyi);
Yaş həddi: 22-35;
Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır;
Marketinq meneceri və ya marketinq mütəxəssisi kimi 2+ illik təcrübə
Marketinq strategiyaları və büdcələri formalaşdırmaq və icra etmək bacarığı;
Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı;
Rəqəmsal marketinq, mobil tətbiqlər və loyallıq istiqamətləri üzrə biliklərin olması arzuolunandır;
Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş öhdəlikləri:

İllik marketinq planının hazırlanması və ona uyğun işlərinin həyata keçirilməsi;
Sadiqlik(loyallıq) proqramı çərçivəsində müştərilərin saxlanmasına təşviq edən müxtəlif proqramlar, kampaniyaların həyata keçirilməsi və marketinq strategiyasının, yol xəritəsinin hazırlanması;
Məqsədyönlü fəaliyyətləri inkişaf etdirmək üçün verilənlər bazasını araşdırmaq və təhlilini həyata keçirilməsi;
Təhlil və nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari layihələrdə tətbiq edilməsi;
Effektiv kampaniya strategiyalarını formalaşdırmaq üçün cari layihələrin hədəf kütləsini araşdıraraq, keçirilən kampaniyaların nəticələrini izləmək və qiymətləndirmək;
Sadiqlik proqramları üzrə rəqabətliliyin ölçülməsi;
Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya fokuslanmış Marketinq təkliflərinin hazırlanması;
Analizə əsasən optimizasiyaların aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Rəqəmsal marketinqdə trendlərin, yeniliklərin izlənilməsi və tətbiq edilməsi.
İş şəraiti:

Öyrədici və inkişafameyilli iş mühiti;
Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
İş vaxtı həftədə 6 gün;
Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlı olan namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına “Marketing Manager” başlığı altında göndərə bilərlər.