Marketinq mütəxəssisi (Marketoloq) Adidas Padel Club üçün

İyun 20, 2025
AZN1000 - AZN1500
Müraciət sonu: İyul 19, 2025
İndi Müraciət Et

İş Təsviri

Padel Club MMC

İş şəraiti:

Yer: Bakı ş.
İş formatı: Tam iş günü
Əməkhaqqı: 1000-1500 AZN
Biz kimik?

Biz müasir və dinamik Adidas Padel Courtların Azərbaycanda təchizatı və quraşdırması ilə məşquluq. Məqsədimiz bu idman növünü daha geniş auditoriyaya tanıtmaq, sağlam həyat tərzini təbliğ etmək və klubu yerli icmanın sevimli məkanına çevirməkdir. Axtardığımız insan — yaradıcı ideyaları olan, idmanı sevən və nəticəyə fokuslanan marketinq mütəxəssisidir.

Vəzifələriniz nələr olacaq?

Klub üçün tam marketinq strateqiyasının hazırlanması və həyata keçirilməsi
Sosial media hesablarının (Instagram, TikTok, Facebook, Telegram və s.) idarə olunması və inkişafı
Rəqəmsal reklam kampaniyalarının hazırlanması və idarə edilməsi (Facebook Ads, Google Ads, Instagram reklamları və s.)
Müxtəlif tədbirlərin təşkili və PR dəstəyi: turnirlər, açıq məşqlər və s.
Klubla bağlı kontentin hazırlanması: məqalələr, videoçarxlar, postlar və vizual materiallar
Partnyorlarla əməkdaşlıq, influencer və bloggerlərlə iş
Müştəri loyallığı proqramlarının yaradılması və təşkili
CRM bazasının idarə olunması, email və SMS kampaniyalarının təşkili
Marketinq fəaliyyətlərinin analizi və aylıq hesabatların hazırlanması
Namizəddən gözləntilərimiz:

Marketinq və ya oxşar sahədə minimum 1–2 il təcrübə
Rəqəmsal alətlərlə işləmək bacarığı: SMM, reklam platformaları, analitika
Yaradıcı yanaşma və təşəbbüskar olmaq
Tədbir planlaşdırılması və təşkilində təcrübə
Yazılı və vizual kontent hazırlamaq bacarığı
Komanda ilə işləmə bacarığı və müştəriyönümlü düşüncə tərzi
Üstünlük sayılacaq:

CRM sistemləri və müştəri bazası ilə işləmək təcrübəsi
Canva, Figma kimi dizayn alətlərində əsas biliklər
Sadə video montaj bacarıqları (Reels, Shorts və s.)
Lokal bazarı tanımaq və yerli auditoriyaya uyğun kontent hazırlamaq bacarığı
Biz sizə nə təklif edirik?

Maraqlı, inkişafda olan bir idman layihəsində real təsir imkanları
Rəqabətədavamlı əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi
Gənc və enerjili komanda
Ödənişsiz padel oynamaq və tədbirlərdə iştirak imkanı
Özünü inkişaf etdirmək və irəliləmək üçün açıq imkanlar
Yaradıcılığınızı reallaşdırmaq və yeni ideyalar təklif etmək imkanı
Müraciət üçün:

CV-nizi və qısa təqdimat məktubunuzu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və ya Whatsapp (+994705959979) vasitəsilə bizimlə əlaqə saxlayın

Əgər marketinq sizin üçün sadəcə iş deyilsə və idman mühitində özünüzü görürsünüzsə — sizi komandamızda görməyə şad olarıq!