Marketinq üzrə baş mütəxəssis

Müraciət sonu: İyul 24, 2025
İndi Müraciət Et

İş Təsviri

Grand Agro MMC

Təsvir

Məhsul spesifikasiyasına uyğun daxili, bazarın araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozların və hesabatların hazırlanması;
Şirkətin bazarda mövqeyini müəyyənləşdirmək, bazardakı rəqiblər haqqında məlumatların toplanması, satış qiymətləri, marketinq kommunikasiyaları metodlarının analizi;
Potensial bazarları və məhsula olan tələbata təsir edən amilləri müəyyən etmək üçün müştəri ehtiyacları, alış vərdişlərinin analizinin və hesabatın hazırlanması;
İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirmək;
Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, marketinq sahəsində biznes proses və prosedurların hazırlanmasında iştirak;
Şirkətin PR və Reklam siyasətinin hazırlanması, bu sahədə işlərin koordinasiyası və nəzarətin həyata keçirilməsi;
Kommunikasiya vasitələri üzrə məhsuldarlıq göstəricilərinin hazırlanması.
İstehsalla bağlı anabar qalıqlarına nəzarət etməli və çatışmayan məhsulların sifarişlərinin verilməsi.
Tələblər

Ali təhsil (Biznesin İdarəedilməsi, Marketinq sahəsində olması üstünlükdür)
Müvafiq sahə üzrə 5 il üzəri iş təcrübəsi
Azərbaycan dili – ana dili (sərbəst); Rus və ingilis dili – yaxşı səviyyədə;
MS Office proqramları biliyi;
Proqnoz və nəticələrin effekiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq (ppt)
Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
Vakansiya haqqında

Vakansiya növü Tam ştat
İmtiyazlar

Nahar təminatı
Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.