İş Təsviri
Aqrar Tədarük və Təchizat
Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
Marketinq planlarının hazırlanmasında iştirak etmək və onların icrasını təmin etmək;
Reklam və tanıtım kampaniyalarının təşkili, reklam materiallarının hazırlanmasında iştirak;
Cəmiyyətin tanıtımı və bazar mövqeyinin gücləndirilməsi ilə bağlı fəaliyyətlərə dəstək vermək.
Satış hədəflərinə uyğun tədbirlərin həyata keçirilməsi və satış komandası ilə koordinasiya;
Müştəri bazasının genişləndirilməsi və müştəri münasibətlərinin idarə olunması;
Satış kampaniyalarının hazırlanması və tətbiqi üzrə müvafiq təkliflərin hazırlanması.
Mövcud bazar tendensiyalarını, rəqiblərin fəaliyyətini təhlil etmək;
Müştəri ehtiyacları və gözləntiləri barədə məlumatların toplanması və təhlili;
Analitik hesabatların hazırlanmasında iştirak.
Sosial media hesablarının idarə olunmasına dəstək göstərmək (postlar, reklamlar, statistik analizlər);
Rəqəmsal alətlər (Google Ads, Facebook Ads, e-poçt marketinqi və s.) ilə işləmək bacarığı olanlar üçün aktiv fəaliyyət.
Görülən işlər üzrə aylıq və rüblük hesabatların hazırlanması və şöbə müdirinə təqdim edilməsi;
Keçirilən tədbir və kampaniyaların nəticələrinin qiymətləndirilməsi və təkliflər verilməsi.
Təşkilatın digər bölmələri ilə koordinasiyalı şəkildə işləmək;
Təchizatçılar, reklam agentlikləri və digər partnyorlarla əlaqə saxlayaraq işlərin gedişinə nəzarət etmək.
Tələblər:
Ali təhsil (marketinq, biznesin idarə olunması, iqtisadiyyat, kommunikasiya və ya əlaqədar sahələr üzrə)
Marketinq və / və ya satış sahəsində azı 3 illik iş təcrübəsi;
Müvafiq proqramlar və sistemlər üzrə təcrübə.
Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili və rus dili biliyi arzuolunandır
MS office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
Marketinqin əsas prinsipləri və satış texnikaları üzrə nəzəri və praktiki biliklər;
Məlumatların təhlili və hesabat hazırlamaq bacarığı;
Rəqəmsal marketinq və sosial media platformaları ilə tanışlıq;
Fərdi keyfiyyət tələbləri:
İnkişafayönümlülük və təşəbbüskarlıq
Effektiv ünsiyyət və təsir etmə bacarığı
Nəticəyönümlülük və yüksək məsuliyyət hissi
Təşkilatçılıq və vaxtın effektiv İidarə edilməsi
Komandada işləmək bacarığı;
İş rejimi:
5 günlük iş qrafiki
İş saatı 09:00-18:00-dək
Əmək haqqı: Müsahibə əsasında razılaşdırılacaq
Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.