İş Təsviri
DAD LLC
“DAD” şirkəti müasir və peşəkar yanaşmanı özündə birləşdirən, inkişafyönlü komandasına yeni üzv – Marketoloq axtarır!
Əgər sən həm analitik düşüncəyə, həm də kreativ yanaşmaya maliksənsə – bu fürsət sənin üçündür!
Əsas vəzifə öhdəlikləri:
Marketinq strategiyasının hazırlanması və mərhələli şəkildə icra olunması
Bazar araşdırmalarının aparılması, rəqib və müştəri analizlərinin həyata keçirilməsi
Reklam və tanıtım kampaniyalarının planlaşdırılması və idarə edilməsi
Rəqəmsal marketinq alətləri ilə (Google Ads, Meta Business, e-mail marketing və s.) işləmək
Sosial media kontent planlarının hazırlanması və kontentlərin idarə olunması
Brend tanıtımı və PR layihələrinin təşkili
Satış komandası ilə əməkdaşlıq və inteqrasiya olunmuş kampaniyaların hazırlanması
Görülən işlərin aylıq hesabat şəklində rəhbərliyə təqdim olunması
Namizədə dair tələblər:
Ali təhsil (Marketinq, Biznesin təşkili və ya İqtisadiyyat sahəsində)
Marketinq sahəsində minimum 2 il iş təcrübəsi
Kreativ yanaşma və strateji düşünmə bacarığı
Rəqəmsal marketinq platformaları üzrə bilik və təcrübə
Analitik təhlil aparmaq və nəticə çıxarmaq bacarığı
Komanda ilə işləmə, təşəbbüskarlıq və məsuliyyətlilik
Dil bilikləri:
Azərbaycan dili – əla səviyyədə
Rus dili – əla səviyyədə (şifahi və yazılı)
İngilis dili biliyi əlavə üstünlükdür
Şirkətin təklif etdiyi imkanlar:
Bilik və təcrübəyə uyğun rəqabətədavamlı əmək haqqı
Yenilikçi və dinamik iş mühiti
Karyera yüksəlişi və peşəkar inkişaf imkanları
Təlim və tədris proqramlarında iştirak imkanı
Rəsmi əmək müqaviləsi və sosial təminat
Əlavə məlumatlar:
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük iş həftəsi (Bazar günü istirahət)
İş saatı: 09:00 – 17:00
Əmək haqqı: Müsahibə zamanı bilik və bacarıqlara əsasən müəyyən olunacaq( 600-800)