Master Data üzrə Mütəxəssis

İyun 18, 2025
Müraciət sonu: İyul 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Avrora

Əsas vəzifə öhdəlikləri:

Master data prosesi ilə bağlı sənədləşmənin və prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak edir;
Master datanın idarə olunması siyasət və prosedurlarını tətbiq edir;
Yeni məhsul, müştəri, təchizatçı və digər əsas obyektlərin düzgün qeydiyyat və təsnifatını təmin edir;
Məlumat keyfiyyətinə (data quality) nəzarət edir və yanlış məlumatları müəyyənləşdirir;
ERP sistemlərində (SAP, Logo və s.) data inteqrasiya və təmizlənmə proseslərində iştirak edir;
Master Data Proseslərində əlaqəli qurumların işçilərinin koordinasiyasını edir.
Tələb olunan bilik və bacarıqlar:

MS Office (Excel yüksək səviyyədə, Power Point proqramında işləmə bacarığı);
SAP proqramı üzrə biliklər üstünlükdür.
Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti;
Komanda ilə işləmək bacarığı;
Diqqətli və ünsiyətcil olmaq;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

Təhsil: Ali təhsil (İnformasiya Texnologiyaları, Komputer Elmləri, Biznesin idarə edilməsi və s.)
İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis dil biliyi arzuolunandır.
İş şərtlərimiz:

İş qrafiki: Tam iş günü (5 gün);
İş yeri: Aşıq Molla Cümə, 46C.
İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:

Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Təlim və inkişaf imkanları;
Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Master Data üzrə Mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.