İş Təsviri
Bank Avrasiya ASC
İş barədə məlumat
– Məlumat mərkəzinə daxil olan zəngləri cavablandırmaq;
– Bütün bank məhsulları və xidmətləri barədə müştərilərə telefonla ətraflı məlumat vermək;
– Bank xidmət və məhsulları ilə problemləri olan müştərilərin müraciətlərindəki problemlərin həllində səlahiyyəti çərçivəsində yardımçı olmaq;
– Rəhbərliyə lazımi məlumatların hazırlayıb təhvil vermək.
İş vaxtı: növbəli, dəyişkən, 18:00-dan 22:00-dək
Namizədə tələblər
– Ali təhsil
– Xidmət sahəsində ən azı 3 ay iş stajı
– Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilmək
– İngilis dili yaxşı səviyyədə bilmək
– MS Office proqramlarının bilikləri
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı.
Xahiş olunur mövzu hissəsində Məlumat Məzkəzinin mütəxəssisi vəzifəsini qeyd edib CV cv@bankavrasiya.az ünvanına göndərəsiniz.