Memar (Fit-out/Fasad/Landşaft)

İyul 14, 2025
Müraciət sonu: Avqust 13, 2025
İndi Müraciət Et

İş Təsviri

STV Engineering

İş yeri: Bakı, Azərbaycan
Layihə növü: Tikinti layihələri
İş rejimi: Tam ştat (Project-based)
İş qrafiki: Həftədə 6 iş gün

STV Engineering Bakı şəhərində yerləşən mühüm layihə üçün memar vəzifəsinə təcrübəli, detallara diqqətli və sənədlərlə işləməkdə peşəkar namizəd axtarır. Namizəd fit-out işləri, fasad sistemləri və landşaft memarlığı sahəsində təcrübəyə malik olmalı, layihələndirmə və icra proseslərinə nəzarəti həyata keçirməlidir.

Əsas vəzifələr:

Fit-out, fasad və landşaft dizaynlarının texniki tələblərə və layihəyə uyğunluğunun yoxlanması
Subpodratçıların təqdim etdiyi memarlıq çertyojlarının və shop drawing-lərin nəzərdən keçirilməsi
Sahədə yerində yoxlamaların aparılması və memarlıq işlərinin keyfiyyətinə nəzarət
Normativ sənədlərə və spesifikasiyalara uyğunluğun təmin edilməsi
Layihənin icrası zamanı memarlıq dəyişiklərinin idarə olunması və qeydiyyatı
As-built sənədlərinin və dizayn reviziyalarının yoxlanılması
Texniki iclaslarda iştirak və interdisiplinar koordinasiyanın təmin edilməsi
Tələblər:

Memarlıq üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi)
Fit-out, fasad və landşaft sahəsində minimum 5 il iş təcrübəsi
Yüksək səviyyədə texniki çertyojları oxuma və sənədlərlə işləmə bacarığı
AutoCAD, Revit, SketchUp, MS Office və digər dizayn proqramları ilə işləmə bacarığı
Layihə spesifikasiyaları və tikinti normaları (BS, EN, SNIP və s.) üzrə biliklər
Komanda ilə işləmə və strukturlaşdırılmış hesabat vermə bacarığı
Sahədə memarlıq nəzarəti və texniki yönləndirmə təcrübəsi
Müraciət qaydası:

Maraqlanan namizədlər öz yenilənmiş CV-lərini, portfolio və əlaqəli sənədlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail mövzu hissəsində “Memar (Fit-out/Fasad/Landşaft) – [Sizin Adınız]” qeyd olunmalıdır.