İş Təsviri
Universal Poliqraf
Namizədə olan tələblər:
Staj: 2-3 il (sahə üzrə təcrübə mütləqdir).
Müəssisə Məhəmmədli qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan və poliqrafiya sahəsində işləyən namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini həyata keçirir
Avadanlıqların əsaslı təmiri üçün siyahı tutulmasında iştirak edir
Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasını, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə köməklik göstərir
Köhnəlmiş avadanlıqları müəyyən edilməsi prosesidə iştirak edir və onların təmirini həyata keçirir.
Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, onların yenidən qurulmasında iştirak edir.
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edir
Elektrik, su, qaz qurğularına nəzarət edir və təmiri ehtiyacı yarandıqda müvafiq qurumlar üzrə əməkdaşları cəlb edilməsində köməklik göstərir
Yaranan texniki problemlər və onların həlli üçün mümkün variantlar haqqında birbaşa rəhbərliyinə operativ şəkildə məlumat verir.
İş şərtlərimiz:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə,
6 günlük iş rejimi.