Mexanika mühəndisi

İyun 2, 2025
Müraciət sonu: İyul 1, 2025
İndi Müraciət Et

İş Təsviri

Veysəloğlu Şirkətlər Qrupu

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.

Vəzifə öhdəlikləri:

Layihələrin texniki sənədlərinin, planlarının və spesifikasiyalarının dəqiq və standartlara uyğun olmasını təmin etmək.
Mexanika layihələri üzrə iş həcmlərinin dəqiq hesablamalarını aparmaq, resurs planlaşdırmasını həyata keçirmək.
Layihə tələblərinə uyğun mexaniki avadanlıqların seçilməsi və bu seçimlərin texniki və iqtisadi cəhətdən optimal olmasını təmin etmək.
Layihənin icra mərhələsində podratçı şirkətlərin işinə yerində nəzarət etmək, keyfiyyətə və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.
Layihənin tamamlanma mərhələsində işlərin yoxlanılmasını və layihənin rəsmi şəkildə təhvil verilməsini təşkil etmək.
Tələblər:

Mexanika mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlük təşkil edir).
Mexanika layihələrinin idarə edilməsi və yoxlanılmasında minimum 3-5 il iş təcrübəsi.
Texniki sənədlərin hazırlanması və avadanlıq seçimi üzrə dərin biliklər.
Layihə idarəetmə alətləri (MS Project, AutoCAD və ya oxşar proqramlar) ilə işləmə bacarığı.
Azərbaycan, dilində səlis ünsiyyət bacarığı (ingilis dili üstünlükdür).
Analitik düşünmə, problem həll etmə bacarığı və komandada işləmə qabiliyyəti.
Sıx iş rejimində effektiv işləmə və müddətlərə riayət etmək bacarığı.
İş şərtləri:

İş məkanı: Azure Plaza
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftəiçi)
Nahar: Təmin edilir
Rəqabətli əmək haqqı və mükafat sistemi.
Peşəkar inkişaf imkanları və təlim proqramları.
Müasir iş mühiti və layihələrdə iştirak.