Middle Biznes analitik

İyun 9, 2025
AZN1200 - AZN2000
Müraciət sonu: İyul 8, 2025
İndi Müraciət Et

İş Təsviri

DO IT MMC

Öhdəliklər:

Layihədən əvvəlki tədqiqatlarda iştirak, biznes proseslərin təhlili;
Elektron sənəd dövriyyəsi, intranet sistemlərin tətbiq olunması;
Layihə planı və texniki tapşırığa uyğun olaraq sistemlərin sazlanılması;
Sifarişçinin texniki işçi heyəti və sistemin istifadəçiləri üçün təlim keçirilməsi;
Layihənin texniki sənədlərinin hazırlanması;
Tətbiq olunan sistemlərə texniki və konsultasiya dəstəyi.
Tələblər:

Yaş həddi: 20-30
Təhsil: Ali texniki təhsil
İş təcrübəsi: 3-5 il
Tam ali texniki təhsil
Yaxşı texniki biliklər: SQL, XML, SOAP, REST API, veb-servislərlə iş təcrübəsi
Biznes proseslərin modelləşdirilməsi üzrə notasiya bilikləri: Workflow, UML, BPMN, EPC, IDEF0
Korporativ sistemlərin hazırlanması və ya tətbiqi layihələrində Analitik və ya mühəndis vəzifəsində minimum 2 il iş təcrübəsi
Məntiqi cəhətdən düzgün və aydın sənədlər hazırlamaq bacarığı
Kompüter və ofis proqramlarında yüksək istifadə bacarığı
Biznes proseslərinin modelləşdirilməsi üçün proqramlardan sərbəst istifadə: Visio, ARIS, Lucidchart.
Korporativ informasiya sistemləri, xüsusilə elektron sənəd dövriyyəsi, işçi heyətinin idarə olunması sistemləri ilə tanışlıq;
Məntiqi cəhətdən yoxlanılmış və anlaşılan sənədləri yazma bacarığı;
Dil bilikləri: Rus və Azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır;
Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik;
Əmək şəraiti:

İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 – 18:00;
Şəhərin mərkəzində yerləşmə: Passage 1901, Nigar Rəfibəyli küç. 12
Mehriban və peşəkar kollektiv;
Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
Karyera inkişafı imkanları;
Peşəkar təlimlərdə iştirak.
Əmək haqqı: 1200-2000 AZN