İş Təsviri
Express Bank
Təsvir
Kredit bazarını təhlil edir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir;
Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.
Tələblər
Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
Komandada işləmək bacarığı.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Təcrübə -1 ilədək
Təhsil – Bakalavr
İmtiyazlar
Tibbi Sığorta (işçini əhatə edən)
Professional və maddi inkişaf perspektivləri
Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
Peşəkar korporativ mühitdə işləmək imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.