İş Təsviri
Golden Pay
Vakansiyanın tələbləri:
Təhsil: İqtisadiyyat, maliyyə, informasiya texnologiyaları, mühəndislik, statistik və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi;
İş təcrübəsi: müvafiq sahə üzrə 1 il;
Azərbaycan dili: səlis (yazı və danışıq), Rus dili – səlis, İngilis dili – arzuolunandır;
MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər (xüsusilə Excel və PowerPoint);
Monitorinq sahəsində sertifikatlara üstünlük verilir: CMM (Certified Monitoring Manager), CPCM (Certified Process and Control Monitor) və ya digər uyğun sertifikatlar;
Analitik düşüncə: Məlumatları təhlil etmək və düzgün nəticələr çıxarmaq bacarığı;
Məlumatların analizi: Statistik metodlardan və proqramlardan istifadə edərək məlumatları işləmək;
Problem həll etmə: Problemləri müəyyənləşdirmək və effektiv həll yolları tapmaq bacarığı;
Ünsiyyət: Nəticələri aydın və təsirli şəkildə təqdim etmək bacarığı;
Texniki biliklər: Verilənlər bazası idarəetməsi və analitik proqramlarla;
Təşkilatçılıq: Məlumatların toplanması və təşkil olunması prosesini səmərəli şəkildə yerinə yetirmək;
Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Onlayn və terminal vasitəsilə həyata keçirilən bütün əməliyyatlara nəzarət etmək, sistemin stabilliyini və proseslərin düzgün icrasını təmin etmək;
Ödəniş terminallarının texniki vəziyyətini və funksionallığını mütəmadi izləmək, problem yarandıqda dərhal aidiyyəti qurumlara məlumat vermək;
Ödəniş agentləri və ödəniş partnyorlarının göndərdiyi sorğulara vaxtında və düzgün cavab vermək, onların qarşılaşdığı çətinlikləri həll etmək;
Əməliyyatlar üzrə gündəlik, həftəlik, aylıq və illik hesabatları hazırlamaq və lazımi şəxslərə təqdim etmək;
İnformasiya təhlükəsizliyi prosedurlarına riayət edilməsi.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.