İş Təsviri
PRO CON izo MMC
İşin Məzmunu:
Layihəyə uyğun izolyasiya tiplərinin müəyyən edilməsi;
Usta və fəhlələrdən ibarət sahə komandalarına rəhbərlik etmək;
Gündəlik iş bölgüsünü aparmaq, işin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək;
Material ehtiyaclarını müəyyənləşdirmək və sifariş vermək;
Texniki sənədlərin hazırlanması və aidiyyəti qurumlarla koordinasiya;
Təhlükəsizlik qaydalarına və texniki normativlərə nəzarət.
İş Şəraiti:
İş qrafiki: 6 günlük iş qrafiki;
Əmək haqqı: Başlanğıc olaraq 1000 AZN;
İş yeri: Bakı şəhəri.
Namizədə tələblər:
Müvafiq sahədə ali təhsil;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili arzuolunandır;
Mükəmməl ünsiyyət;
Yaxşı planlaşdırma və monitorinq bacarıqları;
Yüksək təşkilatçılıq bacarıqları;
Nizam-intizamlı və dəqiq, məsuliyyətli;
Yüksək texniki biliklər;
AutoCAD proqramından işləmə bacarığı;
Layihələrin idarə edilməsi təcrübə.
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsində “Mühəndis” qeyd etməklə göndərə bilərlər.