Müraciət sonu: Avqust 3, 2025
İndi Müraciət Et

İş Təsviri

NBA Technologies International LLC

Namizədə dair tələblər:

Bəy namizəd
Kompüter bilikləri: MS Office proqramları;
Dil bilikləri: Azərbaycan və Rus dili səlis bilməsi;
İş təcrübəsi: Mühafizə sahəsində azı 1 il təcrübə;
Stresə davamlı, fiziki cəhətdən sağlam, məsuliyyətli, işində çevik və dəqiq olması;
Təhlükəsizlik sistemləri ilə işləmə bacarığı üstünlük verilir;
Komandada işləmək, problem həll etmə bacarıqları;
Fikrini aydın ifadə etmə və səlis danışıq qabiliyyəti.
Vəzifə öhdəlikləri:

Gələn müştərilərin şəxsiyyət vəsiqəsi ilə qeydiyyatının aparılması;
İşçilər və müştərilər üzrə giriş-çıxış prosesinə nəzarət edilməsi;
Müştərilərlə nəzakətli davranmaq və onların suallarını ilkin səviyyədə yönləndirmək;
Təhlükəsizlik pozuntuları, texniki nasazlıqlar və ya şübhəli hallarla bağlı dərhal rəhbərliyə məlumat verilməsi;
Ofisdə təhlükəsizlik və daxili nizam-intizam qaydalarının qorunması.
İş şəraiti

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza
Əmək haqqı: (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mühafizəçi” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.