Mühasib

May 22, 2025
Müraciət sonu: İyun 21, 2025
İndi Müraciət Et

İş Təsviri

Sağlam Ailə

Vəzifə və öhdəliklər:

Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin dəqiq olmasının, müvafiq qanun və qaydalara mühasibatlıq standartlarına uyğun olmasının təmin edilməsi və nəzarətdə saxlanılması;
İlkin sənədlərin nəzərdən keçirilməsi və müvafiq materialın sisteminə işlənməsi;
Elektron Qaimə Faktura ilə bağlı əməliyyatları icra etmək;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Bank və kassa əməliyyatlarının düzgün aparılması;
Bank hesabları üzrə yerli və xarici ödənişləri həyata keçirmək;
Alınmış və Ödənilmiş Avans ödənişlərini izləmək;
Kreditor və debitorlar ilə üzləşmələr aparmaq;
Mühasibat sənədlərini saxlamaq və qorumaq;
Görülmüş işlərə dair bütün təsdiqedici sənədləri toplamaq, tərtib etmək və saxlamaq;
Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabat vermək;
Baş mühasibin verdiyi digər əlavə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi.
Namizədə olan tələblər:

Ali iqtisadi təhsil;
Aidiyyatı sahədə 1 ildən artıq iş təcrübəsi;
MS Office və ERP proqramlarından istifadə etmək bacarığı;
İnternet bankinq, E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı;
Punktual, diqqətcil və məsuliyyətli olmalı.
İş şərtləri:

İş qrafiki: Həftənin 5 günü (saat 09:00-18:00).
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Şirkət daxili təlim və inkişaf imkanları.