Mühasib

İyun 4, 2025
Müraciət sonu: İyul 3, 2025
İndi Müraciət Et

İş Təsviri

Premium Mining

Vəzifə öhdəlikləri:

Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
Vergi və mühasibat uçotunu aparmaq;
Bank əməliyyatlarını həyata keçirmək, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
Debitor və kreditor hesablaşmaları aparmaq;
Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin, material istifadələrinin və silinmələrin proqrama işlənməsi.
Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək.
Gündəlik və aylıq hesabatları tərtib etmək;
Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
Namizədə tələblər:

Müvafiq sahə üzrə ali təhsil
Minimum 3 il təcrübə
PMS sertifikatının olması üstünlükdür.
Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə saldo cədvəllərini oxumağı bilməli;
1C 8.3 mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dilləri arzuolunandır;
Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
İş şərtləri:

İş rejimi: 5 günlük
İş saatı: 09:00 – 17:00
İş yeri – Şıxov
Servis var
Əmək haqqı: Razılaşma yolu ilə