İş Təsviri
Karabakh Eco Tour MMC
İş barədə məlumat
– Ünvan: Xankəndi şəhəri
– Otel üzrə kassa əməliyyatlarının yerinə yetirilməsi;
– Gəlir və xərc sənədlərinin hazırlanması, gündəlik pul dövriyyəsinin qeydiyyatı və nəzarəti;
– Elektron qaimə, hesab-faktura və vergi sənədlərinin hazırlanması və işlənməsi;
– Mal-material ehtiyatlarının və əsas vəsaitlərin hərəkəti üzrə mühasibat uçotunun aparılması;
– Debitor və kreditorlarla üzləşmələrin aparılması və nəzarəti;
– Ödəniş tapşırıqları, təhvil-təslim aktlarının və daxili hesabatların hazırlanması;
– Mühasibat proqramlarında (xüsusilə 1C) gündəlik əməliyyatların düzgün və vaxtında işlənməsi;
– Otel daxilindəki xidmət satışlarının uçotu və aylıq maliyyə hesabatlarının hazırlanmasına dəstək.
– İş qrafiki: həftə içi 6 iş günü, saat 09:00-dan 18:00-dək
– İstirahət günü: Bazar günü
– İşə qəbul rəsmi əmək müqaviləsi ilə həyata keçirilir
– Əmək haqqı: Müsahibə əsasında təyin olunur
– Gənc və dinamik kollektiv. Karyera yüksəlişi üçün imkanlar.
Namizədə tələblər
– Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisasları üzrə);
– Otel və ya turizm sahəsində mühasibatlıq üzrə təcrübəsi olanlara üstünlük veriləcək;
– 1C 8.3, MS Excel və digər mühasibat proqramlarında sərbəst işləmə bacarığı;
– taxes.gov.az, e-gov.az və digər dövlət portallarında işləmə bacarığı;
– Yüksək məsuliyyət, diqqətlilik, dəqiqlik və etibarlılıq;
– Kollektivdə işləmə bacarığı və ünsiyyətcil olması;
– Otel sahəsində uzunmüddətli işləmək istəyi olan, işinə ciddi yanaşan namizədlərə üstünlük verilir.