Mühasib

İyun 12, 2025
Müraciət sonu: İyul 11, 2025
İndi Müraciət Et

İş Təsviri

ADY Express

Vəzifə öhdəlikləri:

Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər və s. hesabı) yerinə yetirmək;
Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək;
İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
Departamentin rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
Mühasibatlıq sənədlərini 1C mühasib proqramına daxil etmək;
Departamentin ay üzrə təqdim olunan bank cədvəllərinin əmək haqqı hesablanması cədvəli ilə uyğunluğunu yoxlamaq;
Ezamiyyətə gedən işçilərin gündəlik və kommunal xərclərinin ödənilməsi üçün ezamiyyə vərəqələrinə uyğun hesabatı işçilərdən qəbul etmək və nəzarəti həyata keçirmək;
Şirkətin anbarı üzrə mal-materialların uçotunu aparmaq, sahələr üzrə mal-material hesabatlarını qəbul etmək və yoxlamaq;
Materialların, yanacağın, pul vəsaitlərinin sərf olunmasının düzgünlüyünə nəzarət etmək;
Rəhbəri tərəfindən verilmiş tapşırıqları icra etmək.
Namizədə dair tələblər:

Ali təhsil: Müvafiq sahə üzrə
İş stajı: Tələb yoxdur
Dil biliyi: İngilis və ya rus Dili
Sertifikatlar: ACCA (F3, F7);
Rəqəmsal bacarıqlar: MS office (yaxşı səviyyə), 1 C
Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları; Mühasibat hesabının metod və formaları, uçot və hesabatı; Hesabatların plan və korrespondensiyası; Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili; Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları; Hesablama texnikasının istismarı qaydaları
Analitik düşüncə, nəticəyönümlülük, peşəkar ehtiyatlılıq, vaxtın effektiv idarə edilməsi, problem həlletmə, diqqətlilik
İş qrafiki:

5 günlük
İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza

Əlavə üstünlüklərimiz:

Könüllü tibbi sığorta;
Nahar ilə təmin edilmə;
Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı