İş Təsviri
DELUN AZERBAIJAN MMC
İş barədə məlumat
Təklif etdiyimiz imkanlar:
– Əmək haqqı: 600 – 800 AZN
– Korparativ satış bacarığı olan namizədlər üçün əlavə bonus sistemi:
– Hər ay əlavə satış dəstəyinə görə bonuslar
– Bonus məbləği maaşı üstələyə bilər
– Gənc və dəstəkçi komanda
– Peşəkar mühit və inkişaf imkanları
– Müasir iş texnologiyaları ilə təchiz olunmuş ofis.
İş saatları:
– Bazar ertəsi – Cümə: 09:00-dan – 18:00-dək
– Şənbə günü: 09:00 – 13:00
– Bazar günü: istirahət günü.
Namizədə tələblər
– Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi
– Tikinti mağazalarında və ya tikinti şirkətlərində işləmə təcrübəsi üstünlükdür
– MS Excel, MS Word, 1C, və Prospect proqramlarında işləmək bacarığı
– Elektron qaimələrin tərtib olunması və e-taxes portalına yerləşdirilməsi
– Debitor borcların uçotu və izlənməsi
– Qaimələr əsasında bank köçürmələrinin həyata keçirilməsi
– Müqavilələrin tərtibi və sənəd dövriyyəsinin idarə olunması
– Elektron bank sistemləri ilə rahat işləmə bacarığı
– Anbar uçotu və məhsul qalığının izlənməsi ( 1C , Prospect və ya oxşar proqramlarda)
– Səliqəli sənəd dövriyyəsi və hesabatların hazırlanması
– Tehvil-təslim aktlarının və digər alt sənədlərin hazırlanması
– Dəqiq, məsuliyyətli və təşəbbüskar iş prinsipinə sahib olmaq
– Satış komandası və rəhbərliklə koordinasiyalı işləmək
– Photoshop və ya qrafik bilikləri əlavə üstünlükdür
– Yalnız qadın namizədlərə üstünlük verilir.