Mühasib, debitorlar üzrə

İyun 25, 2025
Müraciət sonu: İyul 24, 2025
İndi Müraciət Et

İş Təsviri

Sabah Investment Group

İş şəraiti:

Layihə: Tikinti sektoru üzrə layihə
İş yeri: Bakı şəhəri, Səbail rayonu
İş rejimi: Tam ştat
Əsas Vəzifə Öhdəlikləri:

Satışla bağlı ilkin uçot sənədlərinin, müqavilələrin yoxlanılması, hesab-fakturaların və E-qaimələrin tərtib olunması və göndərilməsi;
İlkin və mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi;
Debitor borclarının (avans və aylıq ödənişlər üzrə) izlənilməsi və təhlili;
Müştərilərdən daxil olan pul vəsaitlərinin uçotunun aparılması və mühasibat uçotunda düzgün əks olunmasının təmin edilməsi;
Pul vəsaitlərinin daxilolma prosedurlarına uyğunluğuna nəzarət edilməsi;
1C və Excel proqramlarında əməliyyatların daxil edilməsi və mütəmadi izlənməsi;
Müştərilərlə ödənişlərlə bağlı koordinasiyanın aparılması və debitor borcların toplanması;
Rəhbərlik tərəfindən tələb olunan hesabatların vaxtında və dəqiq hazırlanması.
Tələblər:

Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində arzuolunandır);
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
1C və Microsoft Excel proqramları ilə yüksək səviyyədə işləmə bacarığı;
İngilis dili biliyi (yaxşı səviyyədə), rus dili biliyi arzuolunandır;
Tikinti və ya oxşar sahələrdə mühasibatlıq təcrübəsi üstünlükdür;
Analitik düşüncə, dəqiqlik və vaxtında hesabat vermək bacarığı;
Komanda ilə işləmə və ünsiyyət bacarığı.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.

Qeyd: Kişi namizədlərə üstünlük veriləcəkdir.