İş Təsviri
Sabah Investment Group
İş şəraiti:
Layihə: Tikinti sektoru üzrə layihə
İş yeri: Bakı şəhəri, Səbail rayonu
İş rejimi: Tam ştat
Əsas Vəzifə Öhdəlikləri:
Tikinti layihələri üzrə maya dəyərinin hesablanması və uçotunun aparılması;
Layihə xərclərinin təhlili və faktiki xərclərlə büdcə arasında müqayisələrin aparılması;
Xərclərin düzgün kodlaşdırılması və müvafiq bölmələr üzrə təsnifləşdirilməsi;
Tikinti materiallarının, əmək haqqının və avadanlıq xərclərinin layihələr üzrə ayrılıqda izlənməsi və hesabatlarının hazırlanması;
Müvafiq şöbələrlə (satınalma, mühəndislik, maliyyə) sıx əməkdaşlıq edərək xərclərin uyğunluğuna nəzarət etmək;
Həftəlik və aylıq əsasda layihələr üzrə xərclər hesabatlarının hazırlanması;
Rəhbərlik üçün maliyyə və xərclər üzrə təhlil və təkliflərin hazırlanması;
1C və Excel proqramında məlumatların düzgün şəkildə daxil edilməsi və uçotunun aparılması.
Tələblər:
Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
Maya dəyəri hesablamaları üzrə minimum 2 il iş təcrübəsi (tikinti, istehsalat sahəsində təcrübə üstünlükdür);
1C və Microsoft Excel proqramları ilə yüksək səviyyədə işləmə bacarığı;
İngilis dili biliyi (yaxşı səviyyədə), rus dili biliyi arzuolunandır;
Maliyyə təhlili və hesabat bacarığı, diqqətcil və analitik düşüncəyə malik olmaq;
Komanda ilə işləmə bacarığı və strukturlaşmış yanaşma.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.
Qeyd: Kişi namizədlərə üstünlük veriləcəkdir.