İş Təsviri
Raise Range Technology
İş barədə məlumat
Raise Range Technology — MEP sistemlərinin təchizatı və quraşdırılması üzrə ixtisaslaşmış şirkət – komandamıza Satınalma üzrə mütəxəssis axtarırıq.
İşin əsas vəzifələri:
– Mühəndis sistemlərinə aid avadanlıqların və texniki materialların satın alınması
– Yerli və xarici təchizatçılarla danışıqlar aparılması və müqavilələrin hazırlanması
– Təkliflərin toplanması, qiymət və keyfiyyət təhlili
– Logistika və texniki şöbə ilə koordinasiyalı əməkdaşlıq
– Bazarın araşdırılması və yeni təchizatçılarla əlaqələrin qurulması
– Ünvan: Luxen Plaza, Bakı
– İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00 dan–18:00 dək
– Rəsmi əmək müqaviləsi
– Karyera inkişafı və yüksəliş imkanı.
Namizədə tələblər
– Ali təhsil (texniki və ya iqtisadi ixtisas üstünlükdür)
– MEP sistemləri ilə işləmə təcrübəsi arzuolunandır
– Texniki sənədlərlə işləmək bacarığı
– Azərbaycan, rus və ingilis dillərində danışıq və yazı
– MS Office proqramlarında işləmə bacarığı
– Satınalma və ya mühəndis sistemləri üzrə 3–5 il iş təcrübəsi
– Məsuliyyət və diqqətlik.