Müştəri Sorğuları Arxa Ofis şöbəsində Akvayrinq və Rəqəmsal Onboarding qrupunun Kiçik Mütəxəssisi

İyun 18, 2025
Müraciət sonu: İyul 17, 2025
İndi Müraciət Et

İş Təsviri

PASHA Bank

İşiniz nədən ibarətdir?

Internet Bankdan daxil olan POS terminal və KASSA sifarişlərinin servis üzərindən qəbul edilməsi və icra edilməsi və MC Connect bazasında yoxlanılması;
POS sifarişlərinin bank sisteminə daxil edilməsi və quraşdırılması( müştəri məlumatları, elektron açarlar, quraşdırılma, Sinerji KB, AMEX terminallar və digər) üçün müvafiq strukturlara sorğuların açılması;
POS terminalların vergilər nazirliyin bazasında qeydiyyata salınması və qeydiyyatdan çıxarılması;
Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
TMS və digər POS sistemlərində terminalların sazlanması və SAVE edilməsi;
POS terminal servislərinə daxil olan İSSUES-Uninstalation-CLOSE və digər sorğuların araşdırılması və icra edilməsi;
Müştəri sorğularının icrası üçün AzeriCard, BKM, Kapital Bank və digər banklar ilə əlaqə, əməliyyatların araşdırılması, daxil olan sorğuların cavablandırılması;
Bütün daxili müştərilərin, o cümlədən Biznes Mərkəzlər, Müştəri Menecerləri, Biznes Bloklar və s. sorğuların cavablandırılması;
POS terminallar üzrə görülən işlərin gündəlik podratçı şirkətin hesabatı ilə bankın sistemində olan hesabatı ilə üzləşdirilməsi;
POS terminallar üzrə üzləşdirmə nəticəsində aşkar edilən kənarlaşmaların analiz edilməsi və aradan qaldırılması;
POS terminallar üzrə ümumi ( Bankın strukrurları, Bankın sistemi və podratçılar ilə ) üzləşmə nəticəsində aşkar edilən kənarlaşmanın analiz edilməsi və aradan qaldırılması.
Sizdən nə tələb olunur?

Təhsil: Ali təhsil
Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-2 il
Xarici dillər:İngilis (orta) , rus (səlis)
Kompüter bilikləri: Microsoft Office
Vakansiya haqqında

Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.