Nəqliyyat üzrə menecer

Müraciət sonu: İyul 23, 2025
İndi Müraciət Et

İş Təsviri

Columba

Vəzifə öhdəlikləri:

Sistemdə qeyd olunan sifarişlər üzrə səmərəli marşrut planını qurmaq
Sistemə daxil olan sifarişləri ərazi üzrə səmərəli və düzgün, planlı şəkildə qruplaşdırmaq
Marşrut planının sürücülər arasında səmərəli bölünməsi
Sürücülərin gündəlik iş qrafikinə nəzarət
Daşınma üçün tələb olunan sənədlərin hazırlanması
Sifarişlərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutları izləmək
Ərazi üzrə bölünən avtomobilləri gün ərzində nəzarətdə saxlamaq, çıxan problemləri operativ həll etmək;
Sifarişlərin təyinat nöqtələrinə çatmasını, sənədləşmənin düzgün aparılmasını gün ərzində izləmək və nəzarət etmək;
Mütəmadi olaraq sürücülərlə təlimatlandırıcı görüşləri keçirmək, avtomobillərin düzgün istismarı barədə təlimatlandırmaq;
Sürücü və sürücü köməkçisi heyətinin iş qrafikinə nəzarət etmək.
Xərclərin təhlili və şirkətin nəqliyyat xərclərinin azaldılması üçün tədbirlərin işlənib hazırlanması
Nəqliyyat xidmətləri bazarının monitorinqi
Avtomobildə baş verə biləcək nasazlıqlarla əlaqəli şəxslərə məlumat vermək, təmiri təşkil etmək və izləmək
Nəqliyyat vasitələrinin və sürücülərin sistemdə izlənilməsi
Sürücülərin axtarışı və işə qəbulunda aktiv iştirak
Tələblər:

Ali təhsil (Logistika, Nəqliyyat mühəndisliyi, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
MS Office proqramlarından istifadə bacarığı;
Məsuliyyətli, dəqiq, çalışqan və komannı idarə etmək bacarığı;
Planlı işləmə bacarığı,işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
Logistika və təchizat zənciri əməliyyatlarında praktiki təcrübə;
İş şəraiti:

İş yeri: Bakı şəhəri
İş vaxtı: 6 günlük iş rejimi, iş saatı 09:00-18:00;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Nəqliyyat üzrə menecer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.