Nəzarətçi

İyul 17, 2025
AZN800 - AZN1000
Müraciət sonu: Avqust 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Ideovate Consulting

GLOBALLY SOFT MMC – Şirkətin fəaliyyəti: pet plastik butulkaların təkrar emalı
İş şəraiti

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Zığ yolu küçəsi, Gəncə Prospekti 749
İş rejimi: həftənin 6 günü
İş saatları: 09:00-dan 18:00-dək
Əmək haqqı: 800-1000 manat aralığında
Vəzifə öhdəlikləri:

Pet plastik butulkaların yuyulması, doğranılması üzrə liniya və digər avadanlıqlarda işin düzgün təşkil edilməsinin təmin edilməsi;
Avadanlıqların istismarında işlərin gedişatına ümumi nəzarətin təşkil və təmin edilməsi;
İşçilərə avadanlıqlardan düzgün istifadə etmələri üçün lazımi təlimatların keçirilməsi və işin gedişatının nəzarətdə saxlanılması;
İş prosesi zamanı köməyə ehtiyacı olan işçi heyətinə vaxtında dəstək göstərilməsi;
Avadanlıqda problem yarandıqda vaxtında məsul mexanikə məlumatın verilməsi və problem həll olunanadək işin müvəqqəti dayandırılmasının təmin edilməsi;
Şirkətin daxili qaydalarına ciddi əməl edilməsi;
Texniki-təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi;
İşlərin gedişatı ilə bağlı mütəmadi olaraq rəhbərliyə məlumatın verilməsi;
Rəhbərliyin işlə bağlı tapşırıqlarının vaxtında icra edilməsi.
Namizəddən tələblər:

Vətəndaşlığı: Azərbaycanlı
Cins: Kişi
Təhsil səviyyəsi: Sahə üzrə peşə təhsili
Yaş həddi: 25-55 aralığı
Komanda şəkilində çalışmağı bacarmalıdır
Stressə davamlı, səbrli, işində müntəzəm və dəqiq olmalıdır.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə və ya +994102650834 nömrəsi ilə əlaqə saxlaya bilər.