Aparıcı Aqronom /Şəmkir

İyun 20, 2025
Müraciət sonu: İyul 19, 2025
İndi Müraciət Et

İş Təsviri

Shamkir Agropark

Vəzifə öhdəlikləri:

Meyvə bağlarının inkişaf etdirilməsi, yəni, əkinçiliyə nəzarət, torpağın hazırlanması, suvarma, kimyəvi maddələrin tətbiqi, bitkilərin mühafizəsi və məhsul yığımı üçün zəruri olan əsas praktiki bacarıqlara malik olmalıdır.
Kiçik texniki heyətin təlim, məsləhət və monitorinq məqsədləri üçün traktorların idarə edilməsi, mexanizmlərin istifadəsi və ya sahələrin dərmanlanması kimi praktiki fəaliyyətləri yerinə yetirə bilməlidir.
Məhsulun keyfiyyətini qoruyub-saxlamalı və nəzarət etməli.
Ziyanverici həşəratlara və xəstəliklərə nəzarət olunması ilə bağlı məlumatları qoruyub-saxlamalı.
Bitkilərin yoxlanılmasına nəzarət etməli və bağçılıq məhsullarını təhlil etməli.
Traktorlar, toxum, şitillər, kök sistemləri, gübrələr və kimyəvi maddələr kimi maşınlar, avadanlıqlar və ləvazimatların satın alınmasının planlaşdırılmasında Satınalma komandası ilə əməkdaşlıq edə bilməlidir.
Dəyişən amillərə, digər sözlə desək, hava şəraiti, su təchizatı, bitki və ya ağacların böyümə mərhələsinə uyğunlaşmaq üçün alternativ proseduralar müəyyən etmək və təsdiqləmək qabiliyyəti olmalıdır.
Meyvə bağı üzrə planlara dəstəkləmək üçün bitkilər üzrə təlimlər, budama, suvarma, ziyanverici həşəratlara və xəstəliklərə nəzarət etməlidir
Bitkilərin böyümə müddətlərini müəyyənləşdirmək və ya hava şərtlərinə əsasən bitkiyə dəyə biləcək zərəri təxmini hesablamaq üçün meyvə bağlarının və sahələrin yoxlanılmasına təmin etməlidir.
Bitkilərin yetişdirilməsi, bitkilərin ümumi çoxalması və mikro-çoxalması, sortların yetişdirilməsi üzrə irəliləyişlər və bağçılıq sahəsində in-vitro irəliləyişlər üzrə ümumi məlumata malik olmalı və texniki hesabatlar vasitəsilə həmin məlumatları yeniləməli və yeni üsulların tətbiqinə nəzarət etməli.
Səmərəli məhsul istehsalına nail olmaq üçün tövsiyələr vermək məqsədilə düzgün məlumatların və ya etibarlı tövsiyələrin tətbiqi.
Bitkilərin qidalanması, maşın və avadanlıqların inkişafı və bitkilərin mühafizəsi texnologiyasını gündəmə gətirmək üçün əsaslı tədqiqat bacarıqlarına malik olmalı.
Büdcə parametrləri ilə müqayisədə meyvə bağının inkişafına dəstək olmaq üçün maliyyə vəziyyətlərinin və istehsalın planlaşdırılması üçün bazara dair lazımi biliklərə malik olmalı.
Daha çox məhsuldarlıq və dəqiqlik üçün qurutma, süzmə, saxlama və göndərmə prosesində dəyişiklikləri müəyyən edə bilməli.
Yüksək məhsuldarlıq və ya xəstəlik və həşəratlara qarşı davamlılığa malik olan hibrid bitki növlərinin böyüməsi və istehsalını planlaşdırmaq və istiqamətləndirmək üçün bağçılıq və aqronomiya ilə bağlı ətraflı biliklərə malik olmalı.
Aqrotexniki, kimyəvi və bioloji mübarizənin, müalicəvi və qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsini təmin edir
Pestisidlərin saxlanılmasına, daşınmasına və istifadəsinə nəzarət edir, sınaqdan və qeydiyyatdan keçmiş pestisidlərin təsərrüfatlarda tətbiq edilməsinə nəzarət edir, eyni zamanda bitki mühafizə tədbirlərinin iqtisadi səmərəliliyini təyin edir
Bitki mühafizəsi üzrə əkin materiallarının və toxumun entomofltomatoloji vəziyyətinə nəzarəti təşkil edir.
Bitki mühafizə tədbirlərinin həyata keçirilməsi üçün cari və illik planlar tutur
Əkin sahələri üzrə tələb olunan yüksək kondisiyalı, keyfiyyətli, rayonlaşmış bitki sortları üzrə tinglərin tədarükü işində iştirak edir
Bağ sahəsində məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və düzgün dislokasiyası üçün bütün lazımi tədbirlərin görülməsinə təmin etmək
Tinglərin intensiv texnologiya əsasında əkinini təmin edir
Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edir;
Namizədə tələblər:

Aqronom sahəsində ən azı 5 il iş təcrübəsi olmalıdır;
Aqronomluq ixtisası üzrə ali təhsil;
MS Office proqramları və İnternet, E-Mail-dən istifadəni bilməli;
Diqqətli və məsuliyyətli olmalıdır;
Azərbaycan dilin biliyi. Rus və İngilis dili bilikləri arzu olunandır
Əlavə məlumat:

İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
İş yeri Şəmkir ş.
Maraqlanan şəxslər öz CV formalarını Aparıcı Aqronom(Şəmkir)” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.