Ödəniş Tapşırıqları üzrə Aparıcı Mütəxəssis (FMCG)

İyun 4, 2025
Müraciət sonu: İyul 3, 2025
İndi Müraciət Et

İş Təsviri

Sirab Satış və Dağıtım MMC

Əsas tələblər:

Maliyyə, Mühasibatlıq, Bank işi və ya İqtisadiyyat üzrə ali təhsil
FMCG və ya bank/maliyyə sahəsində ödənişlər üzrə minimum 1 il təcrübə
Bank əməliyyatları və hesablaşmalar sahəsində real təcrübə
Balans hesabatlarının (balance sheet) təhlili və strukturlarını anlama bacarığı
Micro, Logix, BTP və bank portalları ilə iş bacarığı
MS Excel-də yüksək səviyyəli bilik (analitik alətlər, pivot, formullar)
Dəqiqlik, məsuliyyət və vaxtında icra etmə vərdişi
Güclü analiz və hesabatlılıq bacarığı
İş barədə:

Yerli və xarici ödəniş tapşırıqlarının vaxtında və düzgün icrasını təmin etmək
Tədarükçülərlə hesablaşmaların monitorinqi, prioritet ödəniş siyahısının hazırlanması
Bank əməliyyatlarının (köçürmələr, valyuta çevirmələri, qalıqlar və faizlər) düzgün uçotu və gündəlik izlənməsi
Balans hesabatındakı öhdəlik və pul vəsaitlərinin düzgün əksini nəzarətdə saxlamaq və uyğunsuzluqları analiz etmək
Ödənişlər üzrə daxili təsdiq və icra axınlarının idarə olunması
Hesabların bağlanması prosesində (month-end closing) aktiv iştirak və uyğun balans izahatlarının hazırlanması
Ödənişlər üzrə daxili və xarici auditlər üçün zəruri sənədlərin təmin edilməsi
Hesabatların (gündəlik, həftəlik, aylıq) hazırlanması və rəhbərliyə təqdim edilməsi
ERP sistemlərində (Micro, Logix) ödənişlərin düzgün emalı və izlənməsi
Rəhbərlik üçün likvidlik vəziyyəti, ödəniş dövrləri və pul vəsaiti axınları üzrə təhlillərin hazırlanması
Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:

Nahar şirkət tərəfindən təmin olunur
5 günlük iş rejimi; saat 09:00/18:00
Rəqabətqabiliyyətli əmək haqqı
Korporativ telefon nömrəsi və danışıq paketi
İş yeri:

Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)