Ofisə texniki dəstək üzrə mütəxəssis (Gəncə şəhəri)

Müraciət sonu: Avqust 3, 2025
İndi Müraciət Et

İş Təsviri

Baku Bus

Vəzifə öhdəlikləri:

Şirkətin ofis və inzibati binalarında informasiya texnologiyaları (İT) sistemlərinin qurulması və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
Kompüter sistemlərinin, periferik avadanlıqların (printer, skaner və s.) quraşdırılması, sazlanması və texniki xidmətin göstərilməsi;
Windows əməliyyat sistemləri və digər proqram təminatlarının quraşdırılması, yenilənməsi və nasazlıqların aradan qaldırılması;
Server sistemləri, domen idarəetməsi (Active Directory), şəbəkə və təhlükəsizlik sistemlərinin monitorinqi, diaqnostikası və optimallaşdırılması;
İstifadəçilərin gündəlik texniki çətinliklərinin operativ şəkildə həll olunması və texniki məsləhətlərin verilməsi;
Cisco, Ubiquiti kimi şəbəkə avadanlıqlarının konfiqurasiyası və dəstəklənməsi;
DVR/NVR video müşahidə sistemləri ilə işləmək, onların sazlığına nəzarət;
Giriş çıxışa nəzarət sistemlərində yaranan problemlərin aradan qaldırılması və daim işlək vəziyyətdə saxlanılması;
IP-telefon sistemlərinin idarə olunması və dəstəyi;
Avadanlıq və sistemlərin texniki göstəricilərinin izlənilməsi, performansın artırılması üçün təkliflərin verilməsi;
Yeni texnologiyaların tətbiqi və texniki yeniliklərin təşəbbüsü ilə çıxış etmək.
Vəzifə tələbləri:

İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya aidiyyəti sahə üzrə ali təhsil;
İT sahəsində minimum 1-2 il iş təcrübəsi;
Windows 10/11, Windows Server (2016/2019/2022) və Active Directory ilə işləmə bacarığı;
Şəbəkə və təhlükəsizlik protokolları haqqında məlumatlı olmaq;
Şəbəkə avadanlıqları ilə (Cisco, Ubiquiti və.s) işləmə bacarığı;
Video nəzarət sistemləri (DVR/NVR) və kameraların quraşdırılması üzrə təcrübə;
IP-telfoniya haqqında məlumatlı olmaq;
MS Office proqramları, diaqnostika və uzaqdan texniki dəstək proqramları ilə işləmə bacarığı;
Azərbaycan dili əla, ingilis dili (texniki səviyyədə)
Analitik düşüncə, problem həll etmə bacarığı;
Komanda ilə işləmək, texniki məsələləri sadə dildə izah edə bilmək bacarığı;
İş şəraiti:

İs yeri: Gəncə şəhəri;
İş günləri: 5 gün;
İş vaxtı: 09.00-18.00;
Peşəkar,mehriban komandada iş;
Karyera yüksəlişi üçün perspektiv;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.