İş Təsviri
Algoritma Fintech
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş rejimi: Həftə içi 5 gün, saat 09:00 – 18:00
İstirahət günləri: Şənbə və Bazar
Vəzifə öhdəlikləri:
Ofisə daxil olan qonaqları və müştəriləri qarşılamaq, zəruri hallarda yönləndirmək;
Telefon zənglərini cavablandırmaq və aidiyyəti şəxslərə yönləndirmək;
Gələn və gedən e-mailləri və digər yazışmaları səliqəli şəkildə idarə etmək;
Ofis sənədlərinin qeydiyyatını aparmaq və arxivləşdirmək;
Rəhbərlik tərəfindən verilən gündəlik tapşırıqların vaxtında və dəqiq icrasını təmin etmək;
Ofis avadanlıqlarının düzgün və fasiləsiz işləməsinə nəzarət etmək.
Namizədə tələblər:
Ali təhsili;
MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmə bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; Rus dili bilən namizədlərə üstünlük verilir;
Ünsiyyətcil, məsuliyyətli və təşkilatçılıq qabiliyyəti yüksək olan;
Komandada işləmək bacarığına sahib.
Şirkətin təklifləri:
Nahar təminatı
Könüllü sığorta paketi.
Rahat və dəstəkləyici iş mühiti;
Peşəkar komanda ilə əməkdaşlıq imkanı;
Karyera inkişafı perspektivləri;