Ofis meneceri

Müraciət sonu: İyun 29, 2025
İndi Müraciət Et

İş Təsviri

Old City Tours

Old City Tours – Azərbaycanın aparıcı daxili turizm şirkətlərindən biri – Ofis Meneceri vəzifəsi üzrə komandasına məsuliyyətli və təşəbbüskar bir əməkdaş axtarır.

Əsas vəzifələr:

Ofisin gündəlik fəaliyyətini təşkil və nəzarət etmək
Şirkətin müxtəlif şöbələri, partnyorlar və müştərilər arasında əlaqəni koordinasiya etmək
Sənədlərin idarə olunması, planlaşdırma və digər inzibati işləri yerinə yetirmək
Turların təsdiqləri, partnyorlarla yazışmalar və satış-əməliyyat komandalarına dəstək vermək
Ofis ləvazimatlarına nəzarət və texniki xidmətlərin koordinasiyası
Tələblər:

Ofis meneceri və ya inzibati işlər sahəsində əvvəlki təcrübə (turizm sahəsində təcrübə üstünlükdür)
Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət bacarığı (Rus dili üstünlükdür)
MS Office proqramlarında (Word, Excel, Outlook) işləmə bacarığı
Çoxsaylı işləri paralel şəkildə yerinə yetirə bilmə və stressə davamlılıq
Məsuliyyətli, diqqətli və təşkilatçılıq bacarığına malik olmaq
Təklif etdiyimiz:

Əmək haqqı: 600 AZN
İş qrafiki: Tam ştat, həftədə 6 gün
İş yeri: İçərişəhər, Bakı
Mehriban və peşəkar iş mühiti
Turizm sahəsində inkişaf imkanı
10 ildən artıq təcrübəyə və beynəlxalq partnyor şəbəkəsinə malik bir komandada çalışma şansı